Icma.az
close
up
RU
Azərbaycan heç vaxt icazə verməz ki, onun milli maraqları kimlərsə tərəfindən manipulyasiya edilsin” Hikmət Babaoğlu Yeni Gündəm

Azərbaycan heç vaxt icazə verməz ki, onun milli maraqları kimlərsə tərəfindən manipulyasiya edilsin” Hikmət Babaoğlu Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qərb mediasının və bəzi Qərb rəsmi dairələrinin bütün məsələləri öz məqsədləri üçün manipulyasiya etməsi artıq ənənə halını alıb”. Bu sözləri açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, biz bilirik ki, bunun Qərbdə özünəməxsus ənənəsi formalaşıb: “Hadisə nə olursa-olsun onu Qərb mediası mənafeyinə uyğunlaşdıraraq dövlətlərarası münasibətlərə, hadisənin baş verdiyi tərəflər arasındakı münasibətlərə bir alət kimi tətbiq edir.

Bu münasibətlərin korlanmasına cəhd edir.Hazırda biz faciədən danışırıq. Azərbaycan təyyarəsinə qarşı tətbiq olunan kənar zərbədən sonra bir faciə yaşanıb. Ancaq bu faciənin məzmunu, mahiyyəti bir kənarda qalır, Qərb faciəni Rusiya-Azərbaycan münasibətlərinin korlanması üçün istifadə etməyə çalışır. Başqa vaxt Azərbaycana qarşı 44 günlük Vətən müharibəsində, 30 illik münaqişə dövründə edilən terrorların, vurulan zərbələrin heç birinə diqqət yetirmədiyi halda birdən-birə təyyarənin vurulması faktının araşdırılması ilə bağlı Azərbaycana yardım təklif edir. Bunun aydınlaşdırılmasında Azərbaycana kömək əlini uzatmağa hazır olduğunu bildirir. Burada yeganə məqsəd hadisəni manipulyasiya edərək Rusiya və Azərbaycan arasında münasibətlərə kölgə salmaqdan ibarətdir. Bu da artıq ifşa olunmuş siyasətdir.

Azərbaycan cəmiyyəti də beynəlxalq, ictimai mühit də bunu dərk edir ki, Qərbin bu yanaşması səmimi deyil. Çalışır ki, məhz bu faciədən istifadə edərək hansısa problem yaratsın, ondan sonra da ən çox sevdiyi metoda əl atsın. Problemin həll olunması üçün hakimlik etsin, özünə səlahiyyət qazansın. Regiona müdaxilə üçün özünə yeni alətlər əldə etmiş olsun. Məsələnin mahiyyəti bundan ibarətdir. Ancaq Azərbaycanda hamı bunun fərqindədir. Azərbaycan heç vaxt icazə verməz ki, onun milli maraqları kimlərsə tərəfindən manipulyasiya edilsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Dekabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri