Icma.az
close
up
RU
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini təbrik edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini təbrik edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında yaşayan uşaqlar, o cümlədən ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Bu aksiya Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən bayram tədbirində AHİK sədrinin müavini Hikmət Osmanov uşaqları təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətindən və xalqımızın birliyindən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qeyrət qalamız və mədəniyyətimizin beşiyi olan Şuşanı düşməndən təmizlədi və 30 il sürən həsrətdən sonra əsl sakinlər öz yurdlarına döndülər.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlyinin məsləhətçisi Ülvi Heydərov isə bildirib ki, Yeni il bayramlarını ilk dəfə Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün hər cür şərait yaradılır.

Uşaqları təbrik edən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması naminə həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.

Sonda AHİK tərəfindən uşaqlara bayram sovqatları paylanılıb.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev bildirib ki, şəhərdə aparılan abadlıq işləri işğalın fəsadlarının aradan qaldırılması istiqamətində dövlətimizin gücünü göstərir. Onun sözlərinə görə, AHİK və üzv təşkilatlar Qarabağ və Şərqi Zəngəzura qayıdan ailələrin övladları üçün bayram şənliyi keçirməkdən fərəh duyur.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov həmkarlar ittifaqlarının fəaliyyətinə toxunub, keçirilən bu cür layihələrin əhəmiyyətindən bəhs edib.

Sonda uşaqlara bayram sovqatları paylanılıb.

AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev Xocalı şəhər 1 №-li tam orta məktəbin şagirdləri üçün keçirilən bayram tədbirində diqqətə çatdırıb ki, uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi dövlətimizin uşaq siyasətinin prioritet istiqamətidir. Cəmaləddin Quliyev AHİK-in uşaqlarla bağlı həyata keçirdiyi tədbir və layihələrdən də danışıb.

Xocalı şəhər 1 №-li tam orta məktəbin direktoru Nəvai Həsənov uşaqlara göstərilən diqqəti yüksək dəyərləndirib və həmkarlar ittifaqlarına təşəkkür edib.

Tədbirdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, öz yurdlarında yaşamağın sevincini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatların nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində həmçinin Cəbrayıl, Füzuli, Zəngilan, Laçın, Xankəndi və Xocalı şəhərlərində yaşayan uşaqlarla görüşərək onlara bayram hədiyyələri veriblər.

Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib. Görüşdə dövlətimizin uşaqlarla bağlı siyasətindən danışılıb, bayram təbrikləri səslənib. Sonra tədbirdə iştirak edən balacalara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hədiyyələri verilib.

Qeyd edək ki, Konfederasiya tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri