Icma.az
close
up
RU
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK könüllüləri ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətdə tarixi addımlar atıb.

Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda rolunun artırılması sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.

Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin "Könüllülər İli" elan edilməsinin bu sahəyə göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, COP29-a qatılan könüllülər, o cümlədən AHİK könüllüləri də vəzifələrinin öhdəsindən layiqincə gəldilər, nümunəvi davranışları, yüksək mədəniyyətləri və işgüzarlıqları ilə diqqət çəkdilər.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, "AHİK Könüllüləri" proqramı onların təcrübə qazanmalarında və sosiallaşmalarında əhəmiyyətli rol oynayır və gələcək karyeralarında dəstək olacaqdır.

Tədbirdə çıxış edən könüllülər təhsil aldıqları AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilin keyfiyyəti, onların hərtərəfli yetişmələri üçün görülən işlərdən söz açıblar. Könüllülər iştirakçısı olduqları "AHİK Könüllüləri" proqramı çərçivəsində keçdikləri təcrübə, qatıldıqları tədbirlər, o cümlədən COP29-a gələn xarici qonaqların yerləşməsi və iş şəraitinin təmin olunması istiqamətində könüllülük fəaliyyəti barədə danışıblar.

Qeyd edilib ki, həmkarlar ittifaqları sistemində könüllülük fəaliyyəti bu təsisatın funksiyalarını, iş prinsipini, əmək hüquqlarının qorunması istiqamətində görülən işləri öyrənməyə, eləcə də gənclərin fərdi inkişafına, komandada işləmək bacarığının formalaşmasına şərait yaradır.

Konfederasiya sədri Sahib Məmmədov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.

Tədbirin yekununda könüllü gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri