Icma.az
close
up
RU
Azərbaycan hökuməti ekoloji təmiz enerji təşəbbüslərini bundan sonra da dəstəkləyəcək, özəl sektor isə yatırımları artıracaq ŞƏRH AZƏRTAC

Azərbaycan hökuməti ekoloji təmiz enerji təşəbbüslərini bundan sonra da dəstəkləyəcək, özəl sektor isə yatırımları artıracaq ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29-un Azərbaycanda keçirilməsi cəmiyyətin, o cümlədən vətəndaş cəmiyyəti instututlarının və milli donorların ekoloji məsələlərə diqqətini artıracaq. Bu tədbir ictimai şüurun inkişafını təşviq edərək, ətraf mühitə mənfi təsirləri azaltmaq üçün fərdləri və icmaları maarifləndirmədə böyük rol oynayacaq. Ekoloji məsələlərə olan maraq yeni nəsil üçün daha təmiz və yaşanılası dünya yaratmaq məqsədi güdür. Bizim bir planetimiz var və onu qorumaq üçün hər birimiz çalışmalıyıq. Ona görə də problemləri birgə səylərlə həll etməliyik. Biz COP29-da iqlim maliyyəsi məsələsinin müsbət həll olunacağına inanırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

“Azərbaycanda yaşıl enerji layihələrinin inkişafı üçün yeni təşviq mexanizmlərinin yaranacağına inamımız tamdır. Hökumət ekoloji təmiz enerji sahəsində təşəbbüsləri bundan sonra da dəstəkləyəcək, özəl sektor isə bu yöndə yatırımlarını artıracaq. Bu yanaşma ölkənin enerji sisteminin dayanıqlılığını təmin edəcək, iqtisadiyyatı şaxələndirəcək. Mütəxəssislərin, eləcə də, müvafiq müzakirələrə qatılmış parlamentarilərin fikirlərini ümumiləşdirsək, deyə bilərik ki, COP29-un respublikamızda hüquq və qanunvericilik bazasının inkişafına da təkan verəcəyi gözlənilir. Beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübələrin ölkənin hüquq sisteminə tətbiqi ekoloji hüququn inkişafını sürətləndirmiş olacaq”, - deyə o bildirib.

QHT sədri qeyd edib ki, COP29 kimi mühüm tədbirin MDB məkanında, o cümlədən Cənubi Qafqazda ilk dəfə Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizin nüfuzunun göstəricisidir: “Əlbəttə, bu, təsadüfi qərar və etimad deyil - hamı bilir ki, Azərbaycan rəhbərinin sözü imzası qədər keçərlidir. Həmçinin dünyada söz və nüfuz sahibi olan Azərbaycan beynəlxalq məsələlərin həllində öz yanaşmasını ortaya qoyur və bu, bir çox dövlətlər tərəfindən dəstəklənir. Beynəlxalq tədbirlərlə bağlı zəngin təcrübəmiz, xalqımızın yüksək qonaqpərvərliyi, müasir infrastruktur və ən əsası, ölkədə güclü siyasi iradə, dövlət-xalq birliyi, sabitlik belə mühüm tədbirin Azərbaycanda keçirilməsini şərtləndirdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri