Icma.az
close
up
RU
Azərbaycan enerji ixracında coğrafi şaxələnməni davam etdirəcək ŞƏRH AZƏRTAC

Azərbaycan enerji ixracında coğrafi şaxələnməni davam etdirəcək ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 yanvar, AZƏRTAC

Ötən il Azərbaycanın milli iqtisadiyyatı üçün əlamətdar ildir. Azərbaycanın ümumi daxili məhsulu 4 faizdən çox, qeyri-neft-qaz iqtisadiyyatı isə 6,4 faiz artıb.

Bu sözləri AZƏRTAC-a şərhində bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə qeyd edib ki, bu nəticələr Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının orta və uzunmüddətli hədəflərini dəstəkləyən və dayanıqlı inkişafı təmin edən böyümə göstəriciləridir.

“Şübhəsiz, ixraca əsaslanan iqtisadi artım modelini tətbiq edən Azərbaycan milli iqtisadiyyatın bütün istiqamətləri üzrə şaxələndirməni davam etdirir. Prezident İlham Əliyevin 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləri ilə bağlı nitqi deyilənləri təsdiq edir. Belə ki, neft hasilatının sabit saxlanılması istiqamətində cəlb edilən birbaşa xarici investisiyalar Azərbaycanın iqtisadi artımının sabitliyini dəstəkləyəcək. Buna baxmayaraq, Prezident İlham Əliyev qarşıya qoyulan hədəflərin, xüsusən iqtisadi artımın əsas drayverinin qeyri-neft-qaz iqtisadiyyatı hesabına həyata keçirilməli olduğunu qeyd edib. Artıq uzun illərdir ki, xam neft və təbii qaz ixracının coğrafi şaxələndirilməsi vasitəsilə əldə edilən ixrac və investisiya gəlirləri qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi və genişləndirilməsinə sərf edilir”, - deyə şöbə müdiri bildirib.

Nicat Hacızadə əlavə edib ki, neft-qaz sənaye sektoru həm ölkənin qeyri-neft-qaz iqtisadiyyatının inkişafı üçün monetar və fiskal kanallar vasitəsilə təhlükəsizlik çətiri formalaşdırmaq, həm Azərbaycanın makroiqtisadi dayanıqlığını təmin etmək, həm də siyasi dividendlərin əldə edilməsi baxımından milli iqtisadiyyatın vacib istiqamətidir: “Bu baxımdan, təbii qazın Azərbaycanın xarici valyuta gəlirlərinin artırılması, həmçinin Avropanın enerji təhlükəsizliyində aparıcı rolu qeyd edilməlidir. 2024-cü ilin yekunlarına görə, Azərbaycanın təbii qaz ixracı 8,4 milyard dollar təşkil edib. Habelə, Azərbaycanın kimya və digər sənaye sahələrində aralıq məhsul kimi mühüm önəmə malik təbii qaz faktoru qeyri-neft-qaz ixracınında artımını stimullaşdırır. 2022-ci ildən başlayaraq Azərbaycan Gürcüstan, Türkiyə, İtaliyadan sonra, Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya, Xorvatiyaya təbii qaz ixrac etməklə coğrafi diversifikasiyaya nail olub. Təsdiqlənmiş təbii qaz ehtiyatlarımızın 2,6 trilyon kubmetri keçməsi Azərbaycanın orta və uzunmüddətli dönəmdə ötürücülük qabiliyyətinin daha da artırılması ilə əlaqədar münbit şərait yaradır. 2025-ci ildə AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazın alınması, həmçinin “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə birbaşa xarici investisiyaların cəlb edilməsi Azərbaycanın 2025-ci ildə iqtisadi artım göstəricilərinə əlavə töhfə verəcək”.

İİTKM-in şöbə müdiri onu da qeyd edib ki, son üç il ərzində Şərqi Avropa regionunda münaqişəli vəziyyətin dinamik qalması və Avropanın qaz təminatında baş verən təchizat qırılmalarına Azərbaycan dəstək göstərib.

“Lakin Avropada yaşıl enerjiyə investisiya qoyuluşlarının artırılması fonunda ənənəvi enerji təchizatına maliyyə təminatının dayandırılması ixracatçı və sərmayədarlar arasında qeyri-müəyyən gözləntilər formalaşdırır. Şübhəsiz, Avropa İttifaqının yaşıl keçid strategiyası çərçivəsində qazıntı yanacağının payını azaltmaq planları Azərbaycanın enerji siyasətinə də təsir edir. Avropa banklarının qaz layihələrini maliyyələşdirməməsi enerji sektorunda sərmayə qoyuluşu üçün ciddi maneədir. Bu xüsusda, Avropanın siyasət qərarvericiləri tərəfindən maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsi, kredit və sərmayə məsələlərində daha çevik yanaşmaların tətbiqi zəruri xarakterə çevrilib. Əgər sözügedən region Azərbaycan qazına olan tələbatını artırırsa, interkonnektorların tikintisi, maliyyələşmə problemlərinin həlli və enerji əməkdaşlığının gücləndirilməsi üçün Avropa İttifaqının öz tərəfdaşlıq öhdəliklərini yerinə yetirməsi vacibdir”,- deyə o bildirib.

Nicat Hacızadə vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edən və ənənəvi enerji daşıyıclarına malik ölkə kimi yaşıl enerji siyasətini dəstəkləyən dövlətlər siyahısında fəal və dinamik şəkildə iştirak edir. Lakin Avropa əlavə qaz təchizatında maraqlıdırsa, interkonnektorların tikilməsində maliyyə vəsaitlərinin tapılması və təchizat cədvəli ilə bağlı məsələlər haqqında aydın təsəvvür formalaşdırmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri