Icma.az
close
up
RU
Azərbaycan Türkiyə dostluğu bundan sonra da möhkəmlənəcək ŞƏRH

Azərbaycan Türkiyə dostluğu bundan sonra da möhkəmlənəcək ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Məlumdur ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri gündən-günə möhkəmlənir. Yeri gəlmişkən, qeyd edək ki, İkinci Qarabağ müharibəsində Türkiyənin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bu dostluğun və qardaşlığın necə sarsılmaz olduğunu dünyaya göstərdi. Müharibənin davam etdiyi günlərdə beynəlxalq təzyiqlərə baxmayan Türkiyə sonadək Azərbaycanın yanında oldu, dostluq, qardaşlıq dəstəyini xalqımızdan əsirgəmədi.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və dostluq münasibətləri bütün dövrlərdə yüksək səviyyədə olub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə dostluğunu çox böyük uzaqgörənliklə "Bir millət, iki dövlət" kimi qiymətləndirmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdir. Ölkələrimizin qardaşlığı və dostluğu dünya xalqları üçün uğurlu nümunədir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. İki ölkə arasında gündən-günə inkişaf edən iqtisadi, siyasi və mədəni əlaqələr Azərbaycan və Türkiyə xalqlarının rifahına, dövlətlərin daha da güclənməsinə xidmət edir. O da xüsusi olaraq qeyd edilməlidir ki, qardaş ölkələr arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının bünövrəsində Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu dayanır. Yaxından şahidi olduq ki, 2020-ci il noyabrın 10-da Qarabağda qazanılan tarixi Zəfərə Azərbaycan qədər Türkiyə də sevindi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Türkiyənin Azərbaycana dəstəyindən bəhs edərək demişdir: "İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Tarixin sınağından çıxmış təcrübə göstərir ki, bəşəri niyyətlərlə bağlanan ikitərəfli müqavilələr dövlətlərarası münasibətləri daha da möhkəmləndirir, siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirir. Dövlətlər arasındakı xoş münasibətlər qardaşlığın, dostluğun təsdiqidir. Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər mehriban dostluğa əsaslanır. Yaxın tariximizdən məlumdur ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı. Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan bu sənəd tarixdə tarixi yaşadan bəyannamə oldu. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin diplomatik yekunu idi. İşğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa bəyannaməsi hüquqi və siyasi əhəmiyyət daşıyır. Ən əsası, bu bəyannamə region üçün yeni tarixi gerçəklik və reallıq deməkdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi həm də hərbi-strateji əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlatdı. Prezident İlham Əliyev bildirdi ki, Qars müqaviləsinin imzalanmasından düz yüz il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin rəmzi mənası var və bu sənəd bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri olan Şuşa Bəyannaməsi hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların yaranmasına və birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə güclü təkan verdi. Sənəddə açıq şəkildə göstərilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təcavüz edildikdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və olunan təhdidin aradan qaldırılması üçün BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun addımlar atılacaq.

Ən əsası, Azərbaycan - Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir, iqtisadi və mədəni əlaqələr daha da genişlənir. Hər iki qardaş ölkə Ulu Öndər Heydər Əliyevin "Bir millər, iki dövlət" şüarını rəhbər tutaraq bütün sahələri əhatə edən qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək yolunda uğurla addımlayır. İki qardaş ölkənin rəhbərinin dostluğu, Silahlı Qüvvələrin hərbi əməkdaşlığı Cənubi Qafqazda sülhə xidmət edir, bölgənin taleyüklü problemlərinin həllində əhəmiyyətli rol oynayır. Azərbaycan və Türkiyə dostluğu bundan sonra da möhkəmlənəcək.

Elman İbrahimli,

YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya tşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:571
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri