Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Azərbaycan humanizm və əsl qonşuluq mövqeyini davam etdirir

Azərbaycan humanizm və əsl qonşuluq mövqeyini davam etdirir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan humanizm və əsl qonşuluq mövqeyini davam etdirir. Prezident İlham Əliyevin tapşırığına əsasən, aprelin 4-də İran İslam Respublikasına növbəti humanitar yardımın yola salınması da bu mövqeyimizin təsdiqi və təzahürüdür. Məqsəd isə heç şübhəsiz ki, müharibə və humanitar böhran şəraitində olan qonşu İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Xatırladaq ki, Azərbaycan bundan əvvəl də İrana bir neçə dəfə humanitar yardımlar göndərib.
Budəfəki yardım isə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və həmçinin bu telefon danışığından sonra özünün "X" (keçmiş Tvitter) hesabında paylaşım edərək ölkəsinin çətin dövründə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür etməsi fonunda həyata keçirilib. Həmin telefon zəngində Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın bundan sonra da davam edəcəyini və yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini bildirmişdi. Azərbaycan rəhbərliyi verdiyi vədə əməl etdi və bu gün 10 yük avtomobilindən ibarət humanitar yardım karvanı İrana yola salındı. Bu humanitar yardım Azərbaycan xalqının böyük ürəyini və Azərbaycan dövlətinin səmimi qonşuluq siyasətini göstərdi.
Dövlətimizin başçısı sözügedən telefon danışığı zamanı regionda sülhün və əmin-amanlığın ən qısa zamanda bərpa olunacağına dair ümidvar olduğunu vurğulayıb. Məsud Pezeşkian isə "X" hesabındakı paylaşımında Azərbaycan hökumətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini bildirib və onu da qeyd edib ki, dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır. Öz növbəsində Prezident İlham Əliyev də bu gün “X” hesabındakı paylaşımında bildirib ki, “qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.
Həm Pezeşkianın, həm də İlham Əliyevin toxunduğu bu məqam olduqca önəmli məqamdır. Pezeşkian hiss edir ki, Azərbaycan İranın çətin günlərində həqiqətən də ən yaxın qonşu kimi, ən səmimi dost ölkə kimi davranır. Eyni zamanda, Pezeşkian özü səmimi, humanist və şəfqətli insan olduğu üçün (həkimlik peşəsinin gərəyi olaraq) molla rejimindən və SEPAH-ın radikal rəhbərliyindən fərqli olaraq Azərbaycanın səmimi qonşuluq siyasətini düzgün və qərəzsiz dəyərləndirə bilir. Ümid edək ki, bizim humanitar dəstəyimiz və xoşməramlı qonşuluq siyasətimiz mollaları və SEPAH-ı da ölkəmizə qarşı qərəzli mövqedən çəkinməyə vadar edəcək. Onlar başa düşməlidirlər ki, bütün qonşularla münasibətləri ucdantutma korlamaq olmaz. Azərbaycan kimi yaxşı qonşulara isə hətta təşəkkür etmək lazımdır. Və Məsud Pezeşkian ağıllı və müdrik lider kimi bu zərurəti başa düşür.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Aprel 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri