Icma.az
close
up
RU
Azərbaycan İƏT münasibətləri müzakirə olunub

Azərbaycan İƏT münasibətləri müzakirə olunub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusunda tədbir keçirilib.

525.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətini sədri Fərid Şəfiyev Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına və uğurlu sədrliyinə diqqət çəkib. O,  90-cı illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin İƏT-ə üzv olması ilə təşkilatın genişləndiyini, görüşlərin intensivliyinin artdığını bildirib.

F.Şəfiyevin sözlərinə görə, qurum çərçivəsində iqtisadi əməkdaşlığın zəif getməsinin səbəbi bəzi üzv dövlətlər arasında siyasi və iqtisadi mövzulardakı fikir ayrılıqları olub: “Son dövrlərdə Azərbaycan yeni təşkilatlara da qoşulur. Ötən il cənab Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində Azərbaycan D-8 təşkilatına üzv olmuşdu. Ümumiyyətlə, biz çalışırıq, beynəlxalq platformalarda öz mövcudluğumuzu təsdiq edək və kənarda qalmayaq”.

BMTM-in şöbə müdiri Şahmar Hacıyevin moderatorluğu ilə davam etdirilən tədbirdə Milli Məclisin deputatı Qaya Məmmədov, Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynovun çıxışları dinlənilib.

Milli Məclisin deputatı Qaya Məmmədov İƏT-in geosiyasi əhəmiyyətinə toxunaraq onu ölkəmiz üçün vacib mexanizm adlandırıb, real potensialının isə yüksək olduğunu qeyd edib. 

Azərbaycanın İƏT-lə münasibətləri barədə məlumat verən Q. Məmmədov real əməkdaşlıq prosesləri gedən platformalarda ölkəmizin iştirakının vacibliyini və qurumun bundan sonrakı inkişafına töhfələrini əlavə edib.

İƏT üzvlərinin əsasən Azərbaycanın müttəfiqləri və yaxın qonşuları olduğuna diqqət çəkən XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev nəqliyyat, enerji, bağlantılar sahələrində əməkdaşlığın ölkəmiz üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, bəzi İƏT üzvləri arasındakı fikir ayrılıqları təşkilatın real potensialını materiallaşdırmağa imkan vermir və bu səbəbdən vahid nəqliyyat siyasətinin formalaşmasında əngəl olaraq çıxış edir.

Azərbaycanın İƏT-ə töhfəsindən danışan R. Mirzəyev ölkəmizdə təşkilatın Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzinin yaradılacağını, hazırda son hüquqi proseslərin icra edildiyini bildirib.

XİN rəsmisi, həmçinin davamlı inkişaf və dayanıqlı iqtisadi əməkdaşlıq mövzularına həsr edilən İƏT-in 17-ci sammitinin Xankəndi şəhərində keçiriləcəyini vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarına, İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmizi əks etdirən göstəricilərə diqqət çəkib. Onun sözlərinə görə, mövcud proqnozlar göstəriri ki, gələcəkdə hər hansı münaqişə baş verməyəcəyi halda, İƏT-in coğrafi arealında inkişaf ardıcıl templə davam edəcək. R. Hüseyn, həmçinin Azərbaycanın İƏT-ə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli müstəvilərdəki uğurlu əməkdaşlığının təşkilatın işinə töhfəsindən bəhs edib və ölkəmizin təmiz enerji üzrə nümunəvi addımlar atdığını diqqətə çatdırıb.

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov Mərkəzi Asiyanın artan geosiyasi əhəmiyyətini, hazırda daha çox aktorların cəlb olunduğu “İkinci Böyük Oyun”un əsas həlqəsinə çevrilməsi barədə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə intensivləşən əlaqələri onu bu geosiyasi bölgənin bir üzvünə çevirir. Bu səbəbdən, Mərkəzi Asiya ilə birgə keçirilən görüşlər 5+1+1 formatında reallaşdırılmalıdır.

R. Hüseynov, həmçinin Azərbaycanın multilateral formatlarda fəallığının artırılmasının ölkəmizin siyasi və iqtisadi mənada imkanlarını artıra biləcəyini söyləyib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri