Icma.az
close
up
RU
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub

Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Milli Kitabxana rəhbərlərinin VII görüşü noyabrın 20-də Ankara şəhərində, ölkənin kitabxana tarixində xüsusi yeri olan Adnan Ötüken Xalq Kitabxanasında keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Bildirilib ki, toplantı həm ənənə, həm də müasir rəqəmsal transformasiya tendensiyalarının bir araya gətirilməsi baxımından mühüm tədbir kimi dəyərləndirilib. Tədbirdə İƏT üzv ölkələrinin nümayəndə heyətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, İran, Əfqanıstan, eləcə də müşahidəçi statusunda Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiləri çıxış ediblər. Nümayəndələr son illərdə reallaşdırılan rəqəmsal layihələr, milli-mədəni irsin qorunması sahəsində görülən işlər və qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş məlumat təqdim ediblər.

Günün əsas hissəsində keçirilən birləşmiş sessiyalarda üç əsas mövzu müzakirə olunub. İlk olaraq üzv dövlətlər milli kitabxanaların rəqəmsal infrastrukturunun inkişafı, məlumatların təhlükəsiz saxlanılması və açıq giriş imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar haqqında təqdimatlar ediblər. Daha sonra rəqəmsal savadlılığın artırılması, kitabxanaçıların peşəkar hazırlığı, işçi mübadiləsinin təşkili və regional təlim proqramlarının genişləndirilməsi mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası – rəqəmsal layihələr” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Direktor çıxışında Milli Kitabxananın son illərdə həyata keçirdiyi “Elektron musiqi kitabxanası”, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi əsasında hazırlanan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”, həmçinin, əlamətdar və tarixi hadisələr mövzularında hazırlanan tammətnli Elektron məlumat bazalarından danışaraq mədəni irsin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında rəqəmsallaşdırmanın xüsusi əhəmiyyətini qeyd edib. O, mədəni irs nümunələrimizin dünyada təbliği məqsədilə Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi rəqəmsal layihələr barədə də məlumat verib.

Sessiyaların yekununda İƏT Nizamnaməsinin 12-ci maddəsinə əsasən Rəqəmsal İnfrastruktur, Qoruma, İctimai İştirak və Maliyyələşmə üzrə dörd ixtisaslaşmış alt komitənin yaradılması barədə qərar qəbul edilib. Bu komitələrin tərkibinin müəyyənləşdirilməsi üzv ölkələrlə əlavə koordinasiya aparıldıqdan sonra yekunlaşdırılacaq.

Günün sonunda görüşün nəticələri ümumiləşdirilərək “Ankara Bəyannaməsi 2025” sənədinin layihəsi üzərində razılıq əldə olunub və 2025–2027-ci illər üçün Şuranın yeni sədri və katibliyi seçilib. Tədbir İƏT ölkələri arasında mədəni və elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri