Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Azərbaycan “ikili standartlar”ı ittiham edir

Azərbaycan “ikili standartlar”ı ittiham edir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğala səssiz qalanlar azadlığa niyə sanksiya tətbiq edirlər?

15 sentyabrda Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşən Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə yaşadığı işğal faciəsindən qlobal nəticə çıxaran, beynəlxalq hüququn seçici tətbiqinin xronikasını qeydə alan siyasi-analitik manifestdir. Görüşün mərkəzində dayanan tezislər – xarici qüvvələrin müdaxiləsi, ikili standartlar, beynəlxalq təşkilatların səssizliyi və Avropa institutlarının qərəzli mövqeyi – əslində Azərbaycanın həm işğal dövründə, həm də zəfərdən sonrakı mərhələdə üzləşdiyi beynəlxalq mühitin tam əksidir.

Prezidentin işğalı uzatmaq və əbədiləşdirmək istəyində olan xarici qüvvələr haqqında tezisi əslində, qeyri-rəsmi "status-kvo karteli"nin mövcudluğunu ifşa edir. Ermənistanı dəstəkləyən dövlətlərin məntiqi sadə idi: uzadılan hər işğal ili "danışıqlar prosesi" adı ilə Azərbaycanı hərbi yolla həll seçimindən ayırır, regionda nəzarət nöqtələrini qoruyurdu. Bu siyasətin bariz nümunəsi ATƏT-in Minsk qrupunun fəaliyyətidir – otuz ilə yaxın müddətdə həmsədr institutu işğalı sonlandırmaq əvəzinə, ona beynəlxalq legitimlik pərdəsi yaradan "donmuş münaqişə" ritorikasını dövriyyəyə buraxdı.

Burada konkret fakt özü hər şeyi deyir: BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Bu qətnamələr bu gün də hüquqi qüvvədədir, lakin onların icrasını təmin edən heç bir mexanizm işə salınmadı. Təhlükəsizlik Şurasının daimi üzvlərinin Zəngəzur dəhlizi ətrafında geosiyasi oyunları, Ermənistanı silahlandırmaq siyasəti isə BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş ərazi bütövlüyü prinsipinin seçici tətbiqinin canlı sübutudur.

***

Prezidentin BMT və ATƏT-in səssizliyi haqqında müşahidəsi beynəlxalq hüququn ən ağrılı nöqtəsinə işarə edir: institusional neytrallıq faktda işğalçının tərəfində durmağa çevrilir. Otuz il ərzində – 1992-ci il Xocalı soyqırımından, bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranmasından, ölkə ərazisinin təxminən 20 faizinin işğalından – BMT mexanizmləri münaqişəyə effektiv müdaxilə etmədi. Səssizlik yalnız hüquqi boşluq deyil, mənəvi mühakimə idi: işğalçıya verilən hər "danışıq raundu" əslində, Azərbaycanın ədalət arqumentinə verilən dəyərsizlik qiyməti idi.

Bu fonda 2020-ci il hadisələri dönüş nöqtəsidir. Qarabağın azad edilməsi üçün 44 günlük Vətən müharibəsi beynəlxalq ictimaiyyəti gözlənilməz vəziyyətlə üz-üzə qoydu: BMT qətnamələrini 30 il icra edə bilməyən təşkilatlar birdən-birə "sürətli nəticə" tələb edən ssenarilər yazmağa başladılar. Bunlar isə səssizliyin heç də həmişə neytral olmadığını – bəzən maraqların xidmətində olduğunu açıq göstərdi.

***

Analizin ən parlaq nümunəsi Avropa Şurası və Avropa Parlamentinin davranışıdır. Prezidentin qeyd etdiyi əsas ziddiyyət budur ki, işğal dövründə – Ermənistan BMT qətnamələrini kobud şəkildə pozarkən, Xocalıda mülki əhali qətlə yetirilərkən – Avropa institutları nəinki sanksiya tətbiq etdi, hətta Ermənistana hər platformada davamlı dəstək verdi. Ermənistana qarşı heç bir sanksiyanın olmaması bu gün də davam edən praktikadır.

Ziddiyyətin kulminasiya nöqtəsi isə 2023-cü ildə baş verdi. Qarabağ tam azad edildikdən cəmi dörd ay sonra Avropa Şurası Azərbaycana qarşı sanksiya mexanizmini işə saldı. Bu fakt ikili standartların bəlkə də tarixdəki ən aydın nümunəsidir: 30 il işğalçıya toxunmayan institut, torpağını azad edən tərəfi "cəzalandırmağa" dörd ay bəs bildi. Məntiqi sual yaranır: Avropa Şurası öz ərazi bütövlüyünü bərpa edən bir ölkəni hansı hüquqi və ya əxlaqi əsasla sanksiyalayır? Bu sualın cavabı beynəlxalq hüquqda deyil, siyasi şəraitdə axtarılmalıdır – sanksiyaların hədəfi "qanun pozuntusu" deyil, Qərb maraqlarına uyğun gəlməyən hərbi-siyasi qələbədir.

***

Prezidentin Avropa Parlamentinə verdiyi sərt qiymət – "rüşvətxorlar yuvası, islamafobiya və ikili standartlar məkanı" – Avropa institusional sisteminin son illərdə yaşadığı böhranın qeydidir. Burada üç amil önə çıxır. Birincisi, korrupsiya ilə bağlı konkret faktdır: Avropa Parlamenti üzvlərinin cəlb olunduğu qalmaqallar – o cümlədən Qətər və Mərakeşlə bağlı sövdələşmə işlərində bir neçə deputatın və vitse-prezidentin həbsi – qurumun qərarvermə prosesinin qeyri-şəffaf maraqlara açıq olduğunu göstərdi. Bu kontekstdə Parlamentin Azərbaycana dair "qərarlarının" siyasi sifarişçiliyi müzakirə obyektinə çevrilir. İkincisi, islamafobiyadır. Avropa Parlamentində islamofob ritorikanın normallaşması – müəyyən dairələrin müsəlman ölkələrinə, xüsusilə azadlıq mübarizəsi aparan və ya öz ərazilərini qaytaran dövlətlərə qarşı "sivilizasiya müharibəsi" məntiqi ilə yanaşması – bu qurumun qərar qəbul edə bilən obyektiv məhkəmə deyil, qərəz platforması olması şübhəsini gücləndirir. Bir müsəlman ölkənin otuz illik əzabına səssiz qalan, eyni ölkənin haqlı qələbəsini isə cəzalandıran siyasətin kökündə hüquq deyil, süni "mədəni üstünlük" fəlsəfəsi dayanır. Üçüncüsü, ikili standartların sistemli xarakteridir: Ukraynanın ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənir, Azərbaycanınkı isə müəyyən qeyd-şərtlərə bağlanır; müsəlman əhalinin əzabı humanitar faciə kimi tanınmır, "münaqişənin siyasi konteksti" adı ilə yuyulur. Eyni hüquqi prinsiplər fərqli siyasi-iqlim zonasında yaşayan dövlətlər üçün fərqli tətbiq olunur.

Bu analizdən çıxan əsas nəticə ondan ibarətdir ki, Qarabağ zəfəri konseptual zəfərdir. Azərbaycan sübut etdi ki, otuz il beynəlxalq təşkilatların "səssizliyinə" və ikili standartlarına baxmayaraq, öz ədalətini öz gücü ilə bərpa edə bilər — 2020-ci ildə Şuşanın azad edilməsi, 2023-cü ildə Qarabağın tam azad edilməsi bunun qətidir. Bu təcrübə qlobal sülh nəzəriyyəsi üçün də dərsdir: beynəlxalq sülh mexanizmləri maraqların xidmətində olduqda, onlar münaqişə həlli yox, status-kvonun konservasiyası vasitəsinə çevrilir.

Prezidentin Bakı görüşündə səsləndirdiyi ittihamlar bir daha göstərir ki, Azərbaycan diplomatik gündəliyini "xahiş edən ölkə" mövqeyindən "hesab tələb edən ölkə" mövqeyinə keçirib. Avropa institutlarının ikili standartları, beynəlxalq təşkilatların seçici və ya səssiz qalması – bütün bunlar artıq Azərbaycanın xarici siyasət diskursunun əsas mövzularındandır. Və hər sanksiya, hər qeyri-obyektiv qərar əslində, işğalçılıq tarixini yenidən yazan dövlətlərin öz siyasi etibarlılığını daha da zəiflədir. Çünki tarix göstərir ki, yalan ittihamların ömrü qısadır – ərazi bütövlüyü və ədalət tələbinin isə qüvvəsi əbədidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see251

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see243

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see233

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see233

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see225

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see218

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see213

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see212

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see210

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see209

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see208

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see202

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see192

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see191

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see186

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see181

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see178

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri