Icma.az
close
up
RU
İkili standartlar yuvası

İkili standartlar yuvası

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanla Aİ-nin “gündəliyi: Cənubi Qafqazda sülhə qarşı “səssiz müharibə”

Müasir beynəlxalq münasibətlər sistemində formalaşan yeni dünya nizamının aparıcı predmetləri kimi sülh, qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri çıxış edir. Qlobal miqyasda davam edən münaqişələr, geosiyasi ziddiyyətlər və təhlükəsizlik riskləri fonunda regional sabitliyin qorunması isə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Cənubi Qafqazda yaranmış yeni reallıqlar təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizlik arxitekturasının mühüm komponentinə çevrilib.

2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi və bununla da bölgədə onilliklər boyu davam edən işğal, separatizm və qeyri-müəyyənlik mərhələsinə son qoyuldu. Postmünaqişə dövründə Bakı konstruktiv mövqe nümayiş etdirərək sülh gündəliyini irəli sürdü, normallaşma prosesini təşviq etdi və Ermənistanla münasibətlərin tənzimlənməsi üçün real siyasi iradə ortaya qoydu. ABŞ başda olmaqla bir sıra beynəlxalq aktorlar bu prosesi açıq şəkildə dəstəklədi.

Lakin Avropanın bəzi strukturlarının, xüsusilə Aİ və onun tərkibindəki Avropa Parlamentinin yanaşması bu ümumi mənzərədən kəskin şəkildə fərqlənir. Aİ-nin Cənubi Qafqaz siyasətində obyektivlik və balans əvəzinə selektiv yanaşma, Ermənistanı himayə edən mövqe və Azərbaycana qarşı sistemli qərəz müşahidə olunur. Avropa Parlamenti və Aİ strukturları regionda sülhün təşviqi əvəzinə, tez-tez siyasi təzyiq və ikili standartlar vasitəsilə prosesə mane olan addımlar atır. Bu yanaşma isə sülhə deyil, gərginliyin qorunmasına xidmət edir və Aİ-nin iddia etdiyi “normativ güc” imicini ciddi sual altına qoyur.

Sülh “gündəliyi”, yoxsa sülhə alternativ plan?

Son dövrlərdə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin inkişafı formal olaraq ikitərəfli format şəklində təqdim edilsə də, bu əlaqələrin regional proseslərə birbaşa təsiri danılmazdır. Burada əsas problem ondan ibarətdir ki, Aİ Ermənistanın keçmişdə həyata keçirdiyi destruktiv və işğalçı siyasətə qarşı uzun illər susqun mövqe sərgiləyib. İşğal dövründə beynəlxalq hüququn kobud şəkildə pozulması, etnik təmizləmə, mədəni irsin məhv edilməsi faktları Aİ üçün faktiki olaraq görməzlikdən gəlinən mövzular olub.

Yeni mərhələdə isə Azərbaycan tərəfindən irəli sürülən real sülh mexanizmləri beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib. Vaşinqtonda əldə olunmuş razılaşmalar, regional kommunikasiyaların açılması və qarşılıqlı öhdəliklər sülhün yaxın perspektivdə mümkün olduğunu göstərir. Lakin Aİ-nin Ermənistanla imzaladığı strateji sənədlərdə bu razılaşmaların mahiyyətinə uyğun olmayan yanaşma ortaya qoyulur. Xüsusilə regional konsensusdan kənar təşəbbüslərin prioritet kimi təqdim edilməsi, beynəlxalq səviyyədə razılaşdırılmış marşrut və mexanizmlərə isə diqqət yetirilməməsi Aİ-nin sülhə münasibətində səmimiyyətin sual altına alınmasına səbəb olur. Bu, sülh prosesinin təşviqi deyil, onun alternativ formatlar vasitəsilə yönləndirilməsi cəhdidir.

Elə dekabrın 2-də Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” də bu narahatlığın təzahürü saymaq olar. Azərbaycan Xarici İşlər Nazirliyi sənədi Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd addım adlandırıb. Bu da təsadüfi deyil. Çünki sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb.

Aİ ilə Ermənistan arasında növbəti 7 il müddətində strateji prioritetləri müəyyənləşdirən ikitərəfli sənəddə Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəa əks olunsa da, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilmir. Bu hal Ermənistanın Vaşinqtonda imzaladığı TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

Bitməyən müşahidənin missiyası: Aİ-nin regional aləti

Cənubi Qafqazda sülh və sabitlik Azərbaycanın iradəsi əsasında formalaşdı - bölgənin gələcək inkişafının da suverenlik ştrixləri əsasında davam etməsi qəti şəkildə ortaya qoyulur. Məhz bu amil sülh sazişi layihəsində də öz əksini tapır - sənəddə yer alan üçüncü tərəf qüvvələrinin sərhəd bölgələrində yerləşdirilməməsi ilə bağlı müddəa regional təhlükəsizlik üçün əsas şərtlərdən biri sayılır. Bu kontekstdə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının fəaliyyəti ciddi ziddiyyət yaradır. Rəsmi olaraq “etimad quruculuğu” adı altında təqdim edilən bu missiya faktiki olaraq Azərbaycana qarşı siyasi təzyiq mexanizminə çevrilib. Missiyanın mövcudluğu ikitərəfli dialoqu zəiflədir, sülh prosesini üçüncü tərəfin nəzarətinə keçirməyə xidmət edir və regionda yeni asılılıq mexanizmləri yaradır. Aİ-nin bu missiyanı genişləndirmək və uzunmüddətli etmək istəyi onun real niyyətlərini açıq şəkildə ortaya qoyur. Sülhün möhkəmlənməsi üçün bu cür missiyalara deyil, tərəflərin birbaşa dialoquna ehtiyac var.

Avropa “Tramp marşrutu”ndan niyə ehtiyat edir?

Regional kommunikasiya layihələri isə sülhün iqtisadi əsasını formalaşdıran əsas dayaq elementlərdən biri kimi xarakterizə olunur. Bu baxımdan Azərabycanın təşəbbüs ilə ortaya çıxan, sonradan isə ABŞ-ın timsalında qlobal dəstək qazanan Zəngəzur dəhlizi (TRİPP) layihəsi Cənubi Qafqazın inteqrasiyası üçün mühüm imkanlar yaradır. Aİ rəsmilərinin rəsmi bəyanatlarında bu cür layihələrə dəstək ifadə olunsa da, adıçəkilən “gündəlikdə” TRİPP haqqında heç bir fikir bildiriilmir. Bu da səbəbsiz deyil - Aİ daxilindəki bəzi siyasi qruplar və ideoloji dairələr (daha dəqiq ifadə etsək, sorosçu qüvvələr, “voukistlər”, liberallar) regionda ABŞ-Azərbaycan-Ermənistan xətti üzrə formalaşan sülh modelini öz təsir imkanları üçün təhlükə kimi qiymətləndirir. Bu qorxu Aİ-nin qeyri-müəyyən və ziddiyyətli mövqeyində açıq şəkildə hiss olunur. İkili standartların kökündə məhz bu geosiyasi narahatlıq dayanır - onlar bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyirlər.

Fərqli standartlar: Aİ-nin selektiv “ədaləti”

İmzalanan “gündəlik” bir daha onu göstərir ki, Aİ-nin konkret məsələlərə münasibətdə yanaşmaları regiondan-regiona dəyişir. Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü prinsipial şəkildə müdafiə edildiyi halda, eyni prinsip Azərbaycana münasibətdə uzun müddət arxa plana keçib. Ermənistanın törətdiyi dağıntılar, insanlıq əleyhinə cinayətlər və vandalizm faktları isə ciddi siyasi qiymət almayıb. Bu selektiv yanaşma Aİ-nin beynəlxalq hüquqa deyil, siyasi maraqlara əsaslandığını göstərir. Belə bir mövqe isə təşkilatın etibarlılığını zəiflədir və onu regionda obyektiv vasitəçi statusundan uzaqlaşdırır.

Aİ Rusiyaya qarşı geniş sanksiyalar paketi tətbiq etsə də, bu sanksiyaların effektivliyi ciddi suallar doğurur. Ermənistanın paralel ticarət və sanksiyalardan yayınma mexanizmlərində rolu açıq-aşkar görünsə də, Aİ bu faktlara siyasi reaksiya vermir. Bu isə sanksiya siyasətinin prinsipial deyil, selektiv şəkildə tətbiq olunduğunu sübut edir.

Yaxşı olardı ki, Aİ Azərbaycanın 5 gəmisinə yox, Yunanıstan və Kiprin gəmilərinə qarşı sanksiya tətbiq edərdi. Aİ-nin əsas üzvü Almaniya isə ümumiyyətlə sanksiyalara məhəl qoymur. Məsələn, Rusiyadan hələ də böyük həcmdə neft alır. Ermənistana qarşı da eyni mövqe sərgilənir. Ukraynada müharibə başlayandan bəri Ermənistan Rusiya ilə idxal və ixrac əməliyyatlarında sanksiya altında olan malların paralel idxal və ixracın əsas kanallarından birinə çevrilib. Lakin Aİ Ermənistana qarşı bəyanatlar, sanksiyalar qəbul etmir.

Ermənistandakı repressiyalar və Aİ-nin susqunluğu...

Ermənistanda son dövrdə baş verən həbslər, siyasi təqiblər və dini institutlara qarşı təzyiqlər illərdir təbliğ olunan “Avropa dəyərləri” ilə ziddiyyət təşkil etsə də, Aİ bu məsələlərdə də səssiz qalır. Bunun qarşılığında isə Azərbaycana qarşı insan haqları adı altında aparılan kampaniyalar ikili yanaşmanın açıq göstəricisidir.Həbs edilənlərin siyahısında din xadimləri, iş adamları, müxalif siyasi birlik və partiyaları təmsil edən insanlar var. Aİ 2025-ci ildə Ermənistanda həbs və məhkum edilmiş şəxslərin yalnız bir qisminin adlarını xatırlasa bəs edər - Ovik Abramyan, Vardan Qukasyan, David Ambartsumyan, Razmik Mkrtçyan, Vardan Arutyunyan və Ermənistanın “milli qəhrəmanı” Tiran Xaçatryan, kilsə nümayəndələri və keşiş Qalstanyan işi üzrə həbs edilənlər, iş adamı Samvel Karapetyan və onun “komandası” var.

Aİ bunlara reaksiya göstərmək əvəzinə Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir, müharibə cinayətkarlarına sevgisini “ortaya qoyur”. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi. Görünən budur ki, bölgədə ayırıcı xətlər çəkməyə çalışan Qərb həm də Azərbaycanın artan nüfuzundan narahatdır.

Aİ üçün qaçılmaz hal...

Nəticə etibarı ilə, Aİ-nin Cənubi Qafqaz siyasəti sülhün möhkəmlənməsinə deyil, mövcud təsir imkanlarının qorunmasına xidmət edir. Azərbaycan-Ermənistan arasında birbaşa dialoq, üçüncü tərəfsiz normallaşma prosesi və bölgədə sabitliyin bərqərar olması Aİ-nin hazırkı siyasətinə uyğun gəlmir. Bu isə ikili standartların əsas səbəbidir. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda sülh artıq alternativsizdir və bu prosesi heç bir siyasi manipulyasiya dayandıra bilməz. Azərbaycan yeni regional nizamın aparıcı aktorudur və bu reallıqla hesablaşmaq Aİ üçün qaçılmazdır.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri