Icma.az
close
up
RU
Azərbaycan İlahiyyat İnstitutunda Türkiyədən və Gürcüstandan gələn din xadimləri ilə görüş olub

Azərbaycan İlahiyyat İnstitutunda Türkiyədən və Gürcüstandan gələn din xadimləri ilə görüş olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Azərbaycan İlahiyyat İnstitutunda Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə komitənin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Fərmanı ilə ötən il xaricdə yaşayan azərbaycanlılarla bağlı “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edildiyini bildirib. Bu qərarın xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verilməsi, habelə soydaşlarımızla dini-mənəvi bağlılığımızın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, ölkəmizdə formalaşdırılan din təhsili modeli barədə məlumat verilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ali təhsil müəssisəsinin əsas məqsədinin dinə elmi yanaşmağı bacaran, Azərbaycan dövlətçiliyinə bağlı, müasir dünyanın reallıqlarını bilən mütəxəssislər hazırlamaq olduğunu diqqətə çatdırıb. İnstitutda dinə təkcə teoloji prizmadan deyil, həmçinin psixoloji, sosioloji, fəlsəfi və tarixi yöndən yanaşan fənlərin də tədris olunduğunu, təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov qarşılıqlı səfər və görüşlərin önəminə toxunub. Builki Ramazan ayında Türkiyə və Gürcüstanda soydaşlarımızla birgə iftar süfrələrinin təşkil olunmasının həmrəyliyin gözəl nümunəsi olduğunu, bu kimi tədbirlərin milli və dini dəyərlərimizin qorunub saxlanılması baxımından mühüm olduğunu bildirib.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov İlahiyyat İnstitutu üçün baza rolunu oynamaq məqsədilə yaradılan təhsil müəssisəsinin dini təhsildə davamlılığın təmin edilməsindəki rolunu vurğulayıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycandakı dini-mənəvi harmoniyanı, dini təhsil üçün yaradılan imkanları yüksək qiymətləndirərək, gələcəkdə birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Din xadimləri bu səfərin milli birliyin, həmrəyliyin möhkəmlənməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri