Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Azərbaycan ilə Çin regional sabitlik və qlobal əməkdaşlığın tərəfdarlarıdır

Azərbaycan ilə Çin regional sabitlik və qlobal əməkdaşlığın tərəfdarlarıdır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin aprelin 24-də Çinin CGTN beynəlxalq xəbər telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinə dair beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Müsahibədə dövlətimizin başçısı ölkəmizin xarici siyasət prioritetlərini, regional və qlobal proseslərə baxışını, həmçinin Azərbaycan-Çin əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirib.

Azərbaycan və Çin dövlətləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, bərabərhüquqlu, qarşılıqlı hörmətə dayanan əməkdaşlıq xətti yürüdürlər. Hər iki ölkə bir-birinin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalır. Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir və bu mövqeyini beynəlxalq tribunalarda ardıcıl şəkildə ifadə edir. Eyni zamanda Çin də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək daim prinsipial mövqe nümayiş etdirib. Bu qarşılıqlı dəstək ölkələrin strateji maraqlarına uyğun şəkildə münasibətləri daha yüksək səviyyəyə çatdırmasına zəmin yaradır.  İki ölkə münasibətləri dərin tarixi təmələ, qarşılıqlı inama və strateji maraqlara əsaslanır. Bu dövlətlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına önəm verir və ikitərəfli əlaqələrin davamlı gücləndirilməsi istiqamətində qətiyyət nümayiş etdirir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri də bu münasibətlərin zirvə nöqtələrindən biri kimi tarixə düşüb. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.

İki ölkə arasında münasibətlər ticarət, sənaye, enerji, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, mədəniyyət və humanitar sahələrdə də ardıcıl olaraq genişlənir. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın strateji mövqeyi və tranzit imkanları bu əlaqələrin əsas sütunlarından birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkəmizin logistik potensialını nümayiş etdirir. Azərbaycan Prezidenti müsahibəsində vurğulayıb ki, “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq”.

Enerji sektorunda da tərəfdaşlıq genişlənir. Çin şirkətləri Azərbaycanın neft-qaz sahəsində həyata keçirilən layihələrə maraq göstərir, eyni zamanda, “yaşıl enerji”, xüsusilə külək və günəş enerjisi üzrə investisiya təşəbbüsləri aktuallaşır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır və Çin kimi iqlim dəyişiklikləri ilə bağlı qlobal təşəbbüslərdə fəal iştirak edən ölkələrlə birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.

Azərbaycan və Çin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər. Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu daşıyır və bu platforma çərçivəsində təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə ədalətli və inklüziv beynəlxalq münasibətlər sisteminin qurulmasına verdiyi töhfə ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bu nüfuz Azərbaycan-Çin münasibətlərinin inkişafı üçün də əlavə siyasi əsas yaradır.

Prezident İlham Əliyevin CGTN-ə müsahibəsində Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan və balanslaşdırılmış xarici siyasət strategiyası bir daha aydın şəkildə ifadə olunub. Bu siyasət nəticəsində ölkəmiz həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş və sabitlik amili kimi tanınır. Çin də öz növbəsində ədalətli dünya nizamının formalaşması ideyasını dəstəkləyən mühüm qlobal gücdür və müstəqil siyasət yürüdən ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinə xüsusi önəm verir.

Hazırkı mürəkkəb beynəlxalq şəraitdə güc mərkəzlərinin dəyişməsi və yeni çağırışların meydana çıxması fonunda Azərbaycan və Çin arasında aparılan strateji dialoq xüsusi əhəmiyyət daşıyır. Çoxqütblü və ədalətli dünya nizamının təşəkkül tapması üçün ölkələr arasında qarşılıqlı inam, bərabərlik və hörmət prinsipləri əsas götürülməlidir. Azərbaycan bu prinsipləri əsas tutaraq Çinlə münasibətlərini uzunmüddətli və dayanıqlı strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirməyə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri