Azərbaycan ilə İspaniya arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib Doğru Xəbərlər
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Doğru.az-a bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, ilk növbədə, İspaniyada baş vermiş daşqınlar səbəbindən həyatını itirmiş şəxslər və təbii fəlakətin digər fəsadları ilə bağlı başsağlığı mesajını yenidən ifadə edib.
Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib və mövcud əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Telefon danışığı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Noyabr 2024 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















