Icma.az
close
up
RU
Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələr Avrasiya regionunda sabitliyə və inkişafa töhfə verir ŞƏRH

Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələr Avrasiya regionunda sabitliyə və inkişafa töhfə verir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 may, AZƏRTAC

Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Ölkə liderləri arasında olan dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Viktor Orbanın birgə mətbuat konfransında münasibətlərin yüksələn xətlə inkişaf etdiyindən bəhs olunub. Bildirilib ki, Azərbaycan ilə Macarıstan strateji tərəfdaşdır. İki ölkə iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində uğurlu əməkdaşlıq modeli nümayiş etdirir. Azərbaycana sərmayə yatıran macar şirkətlərinin sayı artmaqdadır. Birbaşa aviareyslər isə turizm əlaqələrinin genişlənməsinə və işgüzar səfərlərin təşviqinə töhfə verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Macarıstanın yalnız Azərbaycanla deyil, bütün türk dövlətləri ilə əlaqələrinin inkişafına müsbət təsir göstərəcək: “Macarıstan Avropa ilə Türk dünyası arasında körpü qurmağa çalışır. Tarixi köklərimiz və ortaq irsimiz Macarıstanla təbii tərəfdaşlığımızı şərtləndirir. Bu ölkə xarici siyasətində cəsarətli addım ataraq “Şərqə Açılış” doktrinasını həyata keçirməyə başladı və ilk növbədə türkdilli dövlətlərlə münasibətlərini gücləndirdi.

Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini vurğulayan deputat deyib: “Bu əməkdaşlığın əsasını enerji sektoru təşkil edir. Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını dəstəkləyən ölkələrdəndir. 2023-cü ildə Azərbaycan qazının Macarıstana ixracına dair razılaşmalar imzalanıb ki, bu da enerji təhlükəsizliyi sahəsində mühüm addım olub. Macarıstan şirkətləri Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları da daxil olmaqla əsas neft-qaz layihələrində pay sahibidir. Növbəti il Azərbaycanın quru yataqlarında da Macarıstan şirkətlərinin fəaliyyəti planlaşdırılır. Bu əməkdaşlığın nəticəsi olaraq ötən ildən Macarıstana təbii qazın ixracına başlanılıb.

Azərbaycan Prezidenti də qeyd edib ki, ölkəmiz Macarıstanın tələbatı səviyyəsində qaz təchizatını təmin edə bilər. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqına daxildir. Avropa Komissiyasının Azərbaycanı Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi qiymətləndirməsi təsadüfi deyil”.

Deputat bildirib ki, ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanla Macarıstan arasında yaşıl enerji sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. Kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları və nəqliyyat sahələrində də geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan–Macarıstan Hökumətlərarası Komissiyası bu sahədə koordinasiya rolunu yerinə yetirir: “Azərbaycanın mühüm rolu olduğu Orta Dəhliz platforması ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün yeni imkanlar açır. Qara dənizdən keçəcək sualtı kabel layihəsi həm Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə səbəb olacaq.

Ölkələrimiz arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və strateji maraqlar əsasında inkişaf edir. Bu əlaqələr Avropa və Avrasiya regionunda sabitlik və tərəqqinin güclənməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə ümumilikdə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun da fəaliyyətə başlaması gözlənilir.

Son illər ərzində Azərbaycanda avtomobil yolları, dəmir yolları, dəniz limanları, gəmiqayırma zavodu və hava nəqliyyatı sahələrinə böyük sərmayələr qoyulub. Nəticədə, dənizə birbaşa çıxışı olmasa da, ölkəmiz Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. 2024-cü ildə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən keçən tranzit daşımalarının həcmi 11 milyon ton təşkil edib. Orta Dəhlizin bir hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb”.

Tahir Mirkişili hazırda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini vurğulayıb: “Bakı Gəmiqayırma Zavodunda hazırda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Doqquzuncu hava limanı yaxın vaxtlarda istifadəyə veriləcək. Bu hava limanlarının 3-ü Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşir. Həmçinin 1,5 milyon ton yük qəbul edə biləcək karqo terminalının tikintisi davam edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan türk dövlətləri ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə konkret addımlar atır. Macarıstan dövlətinin də həyata keçirilən layihələrə verdiyi dəstək ümumi məqsədlərimizə daha tez çatmağımıza imkan yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri