Icma.az
close
up
RU
Azərbaycan ilə Macarıstan arasındakı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri digər ölkələr üçün də örnək hesab oluna bilər RƏY

Azərbaycan ilə Macarıstan arasındakı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri digər ölkələr üçün də örnək hesab oluna bilər RƏY

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan və Macarıstan arasındakı münasibətlər tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan möhkəm bir təməl üzərində qurulub. Azərbaycan lideri İlham Əliyevin Macarıstana işgüzar səfəri və mətbuata bəyanatları bu münasibətlərin dərinliyini və gələcək potensialını bir daha təsdiqlədi. “Dost ölkələr, strateji tərəfdaşlar” kimi xarakterizə olunan bu əlaqələr, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə birgə fəaliyyətin genişlənməsi ilə daha da möhkəmlənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur: “Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Hazırda ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir”.

Deputat qeyd edib ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir: “Ölkəmizin enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata birgə bəyanatında da enerji sektorunda mövcud imkanlardan geniş bəhs edərək bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkəsi və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.

Səbinə Salmanova bildirib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində də ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib: “Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir. Dövlətimizin başçısı Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda Ermənistanla sülh prosesinin gedişinə də toxundu. Ölkə başçımız bu sülh müqaviləsinin gec-tez, özü də Azərbaycanın irəli sürdüyü şərtlərlə imzalanacağını bir daha diqqətə çatdırdı və qeyd etdi ki, bunun üçün iki şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası var. Bu, dəyişdirilməlidir. İkincisi isə ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan tərəfi, doğrudan da, sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Həmin halda ancaq sülh müqaviləsi imzalana bilər. İndi isə seçim Ermənistanındır”.

Deputat hesab edir ki, Azərbaycan və Macarıstan arasındakı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri digər ölkələr üçün də örnək hesab oluna bilər: “Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Bir çox istiqamətlər üzrə biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycan Macarıstanın uğurlarına ən çox dəstək verən ölkələrdən biridir. Əminəm ki, Prezident İlham Əliyevin Macarıstana səfəri ikitərəfli əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcək”,- deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see279

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see256

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see141

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see131

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see121

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see119

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri