Icma.az
close
up
RU
Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın bütün istiqamətləri üzrə intensiv iş aparılır VİDEO

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın bütün istiqamətləri üzrə intensiv iş aparılır VİDEO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 may, AZƏRTAC

Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə rəsmi qəbul keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Açilbay Ramatov, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və qısa müddətdə gördüyü işlər haqqında geniş məlumat verib.

Xüsusi olaraq diqqətə çatdırılıb ki, uzun müddət Azərbaycan ərazilərinin 20 faizi Ermənistan işğalı altında olsa da, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı zamanı işğalçılar ölkəmizin ərazisindən tamamilə çıxarılıb.

Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb. İstər Prezident İlham Əliyev, istərsə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sosial-iqtisadi, humanitar, ekoloji və digər sahələrdə islahatların, xalqın güzəranının yaxşılaşdırılmasına, ölkənin davamlı inkişafına yönəlmiş dəyişiklərin tərəfdarıdırlar. “İki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, iki ölkə arasında mümkün olan ən yüksək beynəlxalq sənəddir. Bundan başqa Ali Dövlətlərarası Şura yaradılıb, iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə intensiv iş aparılır”,- deyə Hüseyn Quliyev söyləyib.

Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və özbək mahnıları ifa edib.

Sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub. Həmçinin ölkəmizin qazandığı nailiyyətləri, görməli yerlərini, turizm imkanlarını, tarixi abidələrini əks etdirən videoçarx göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri