Azərbaycan ilə KƏŞ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 iyul, AZƏRTAC
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim bin Məhəmməd Əl-Budavi çərşənbə axşamı, iyulun 16-da Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev ilə Körfəz ölkələri və Azərbaycan arasında 2024-2028-ci illər üçün Birgə Fəaliyyət Planının icrasının gedişatını müzakirə edib.
AZƏRTAC BƏƏ-nin rəsmi WAM informasiya agentliyinə istinadla xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası Baş katibliyinin yaydığı bəyanata görə, müzakirə KƏŞ-in Ər-Riyaddakı baş qərargahında keçirilən görüş çərçivəsində aparılıb.
Görüş əsnasında 2023-cü ilin noyabrında qəbul edilmiş və digər mövzularla yanaşı, siyasi koordinasiya, ticarət əməkdaşlığı, investisiya imkanları və enerji də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq və əlaqələri genişləndirmək məqsədi daşıyan Birgə Fəaliyyət Planı müzakirə edilib.
Tərəflər, həmçinin son regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















