Azərbaycan SMIIC in Baş Assambleyasının iclasında iştirak edib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Rusiyanın Kazan şəhərində keçirilən İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 21-ci Baş Assambleya iclasında iştirak edib.
Newscenter.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, toplantı çərçivəsində Qlobal Halal Keyfiyyət İnfrastrukturunun inkişafı və təkmilləşdirilməsi, eləcə də halal standartlaşdırma sahəsində digər aktual məsələlər nəzərdən keçirilib.
Həmçinin SMIIC-in Baş katibinin hesabatı, standartlaşdırma, metrologiya və akkreditasiya üzrə şuraların hesabatları dinlənilib, SMIIC-nin həyata keçirdiyi layihələr müzakirə olunub.
Bundan əlavə, toplantı zamanı "Standartlaşdırma İdarəetmə Şurasının seminarı", o cümlədən "OIC/SMIIC standartları və Qlobal Halal Keyfiyyət İnfrastrukturu üzrə üzvün təcrübəsi" mövzularında tematik sesiyalar təşkil edilib.
Anar
Bu mövzuda digər xəbərlər:SMIIC in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib
04 Noyabr 2026 11:43
Azərbaycan GEANTın Baş Assambleyasının iclasında təmsil
02 Dekabr 2024 19:48
Azərbaycan GEANT ın Baş Assambleyasının iclasında təmsil olunub
24 İyun 2025 18:04
Azərbaycan GEANTın Baş Assambleyasının iclasında təmsil olunub AZƏRTAC
02 Dekabr 2024 19:09
Azərbaycan BMT Baş Assambleyasının şəhərsalma iclasında iştirakını yekunlaşdırıb
20 İyul 2026 12:22
Baxış sayı:96
Bu xəbər 04 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















