Azərbaycan investisiya gücü ilə yeni mərhələdə
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, qlobal iqtisadi münasibətlərdə özünəməxsus yer tutur. Ölkəmiz dünyanın aparıcı investorlarından birinə çevrilməklə beynəlxalq investisiya məkanında fəal iştirak edir.
Şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyində mühüm pay sahibi olan Azərbaycanın əlverişli investisiya mühiti bu uğurların əsas dayaqlarındandır. Ölkəmizdə formalaşan iqtisadi sabitlik, şəffaflıq və etibarlı biznes mühiti xarici sərmayədarların marağını artırır. Artıq investorların Azərbaycana cəlb olunması üçün xüsusi səylərə ehtiyac qalmır. Ölkəmizin yaratdığı əlverişli imkanlar və formalaşdırdığı etibarlı iqtisadi mühit xarici investorların öz təşəbbüsləri ilə Azərbaycana üz tutmasına şərait yaradır. Bütün bunlar Azərbaycanın beynəlxalq iqtisadi nüfuzunu gücləndirir, ölkəmizi dünya iqtisadiyyatının diqqət mərkəzində saxlayır".
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkil olunması ölkəmizin investisiya imkanlarının beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm hadisə oldu. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və moderatorun suallarını cavablandırması Azərbaycanın iqtisadi potensialı və investisiya imkanları ilə bağlı mühüm mesajlarla yadda qaldı.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın investisiya potensialının genişliyini aydın göstərdi. Ölkəmizin əlverişli biznes mühiti, siyasi və iqtisadi sabitliyi, güclü maliyyə imkanları, inkişaf etmiş nəqliyyat infrastrukturu və qonşu dövlətlərlə etibarlı əməkdaşlığı Azərbaycanı Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir. Dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və dəniz limanlarına yatırılan sərmayələr tranzit və logistika imkanlarını genişləndirir, rəqəmsallaşma və müasir gömrük idarəçiliyi isə bu potensialı daha da gücləndirir. Dövlət başçısı ölkəmizin enerji imkanlarına da toxunaraq bildirdi ki, neft və qaz sektoru aparıcı mövqeyini qoruyur.
Eyni zamanda bərpaolunan enerji, elektrik enerjisinin ixracı, enerjiötürücü xətlərin inkişafı, enerjisaxlanc sistemlərinin qurulması və süni intellekt üçün data mərkəzlərinin yaradılması ölkəmizin yeni investisiya və inkişaf istiqamətlərini təşkil edir. Mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də geniş investisiya imkanlarına malik sahələr sırasındadır. Bununla yanaşı ölkə başçısı Azərbaycanın rəqəmsal transformasiya, kibertəhlükəsizlik, fiber-optik bağlantılar və insan kapitalının inkişafı sahəsində həyata keçirdiyi işlərin ölkənin gələcək iqtisadi potensialını daha da artırdığını bildiridi. Xaricdə təhsil proqramları və peşəkar kadr hazırlığına yönələn siyasət müasir iqtisadiyyat üçün zəruri olan bilik və bacarıqların formalaşmasına şərait yaradır. Bütün bu amillər Azərbaycanın uzunmüddətli investisiyalar üçün əlverişli, təhlükəsiz və proqnozlaşdırılan iqtisadi məkan kimi mövqeyini gücləndirir.
Deputat yekunda qeyd edib ki, investisiya gücü ilə yeni mərhələdə addımlayan ölkəmizin əldə etdiyi nəticələr, formalaşdırdığı sabitlik və qarşıya qoyduğu inkişaf hədəfləri dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ardıcıl nəticəsidir. Forum çərçivəsində moderator Adebayo Oqunlesinin dövlət başçımıza xitabən “Əgər azərbaycanlı olsaydım, Prezident İlham Əliyevə səs verərdim” deməsi isə ölkəmizin inkişaf yoluna kənardan verilən diqqətçəkən qiymətlərdən biri kimi yadda qaldı. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda qlobal bağlantının, investisiya sabitliyinin, sülh və əminamanlığın möhkəmlənməsinə yönəlmiş siyasət həyata keçirir. Ölkəmizin bu istiqamətdə qazandığı mövqe Azərbaycanın regional proseslərdə artan rolunu və beynəlxalq iqtisadi münasibətlərdə genişlənən imkanlarını aydın göstərir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 27 Sentyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















