Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Azərbaycan Türkmənistan əlaqələri yeni mərhələdə

Azərbaycan Türkmənistan əlaqələri yeni mərhələdə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Münasibətlər strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir 

Həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin inkişafında maraqlı olan Azərbaycanın bölgəmizdə yaratdığı yeni reallıqlar siyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsinə də mühüm töhfələr verir. 2020-ci ildən sonra yeni qlobal nizamda Bakı Cənubi Qafqazın iqtisadi inkişaf perspektivlərini müəyyənləşdirən zaman yaxın regionların da bu münasibətlər sistemində təmsil olunmasına şərait yaratdı. Nəticə etibarı ilə, Cənubi Qafqaza yaxın bölgələr, xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərdə yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycanla Xəzərin digər sahilində yerləşən Türkmənistan Respublikası arasında formalaşan dostluq və əməkdaşlıq əlaqələri bu kontekstdə xüsusi diqqət çəkir. İki ölkə arasında qarşılıqlı münasibətlərin davamlı olaraq genişlənməsi ilk növbədə siyasi dialoqun yüksək dinamikasından qaynaqlanır.

Mədəni-humanitar münasibətlərlər dostluq və qardaşlıq müstəvisində inkişaf edir  

Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. İki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri bu əlaqələrin inkişafına mühüm töhfələr verir. Vurğulanmalıdır ki, iki ölkəni və iki xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir.  Bu ilin iyun ayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana baş tutan dövlət səfəri çərçivəsində  Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Mövcud statistika da bunu təsdiqləyir - 13-15 oktyabr 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günləri, 4-8 iyun 2026-cı ildə Aşqabad və Arxadağ şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilib. 2025-ci ildə isə Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. WUF13 tədbiri zamanı Bakı şəhərinin reklam lövhələrində Arxadağ şəhəri ilə bağlı videoçarx nümayiş etdirilib. 2025/2026-cı tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan Türkmənistan vətəndaşlarının ümumi sayı 73 nəfər təşkil edib.

İmzalanan sənədlər münasibətlər keyfiyyətcə yeni müstəviyə yüksəldib

Müstəqillik dövründə bu iki ölkə arasında 1992-ci ildə əsası qoyulan əlaqələr 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ilə davam etdi. 2002-ci ilin avqustundan isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. 2008-ci il mayında Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin canlamasının əsas təkanvericisi rolunu oynayıb. 2017-ci ildə edilən ikinci səfər isə əlaqələrin güclənməsində yeni bir mərhələ başladıb. İki ölkənin fərqli strukturları arasında imzalanan sazişlər əlaqələrin inkişafında xüsusi rol oynayıb. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə qarşılıqlı münasibətlər keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırılıb. Bu strateji xətt illər ərzində  qardaşlıq və tərəfdaşlıq münasibətləri çərçivəsində iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib.

Qarşılıqlı intensiv səfərlər…

Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi də xüsusi diqqət çəkir. Prezident İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində  Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.

Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir. Bu ilin iyununda reallaşan səfər isə bir çox istiqamətlər üzrə yaddaqalan olub. 

Çoxtərəfli platformalarda dəstək…

Azərbaycan ilə Türkmənistan çoxtərəfli platformada da daim bir-birinə dəstək olub - hər iki ölkə beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir. İki ölkə arasında hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsi qarşılıqlı əlaqələrin genişlənnməsinə güclü təminatlar verir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənəd imzalanıb. 

İqtisadi əməkdaşlıq yüksək səviyyədədir… 

İki dost ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq davamlı olaraq genişlənir. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. Nəqliyyat və logistika imkanlarının genişlənməsi isə Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlığın çox mühüm bir seqmentini təşkil edir. Azərbaycanın ərazisindən keçməklə Orta Asiya regionuna da çıxış imkanlarına malik Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrin önəmi kifayət qədər böyükdür. Azərbaycan Türkmənistanın da böyük maraq göstərdiyi hər iki dəhlizin funkssionallığının artırılmasında fəal iştirak edir. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən tranzit-nəqliyyat infrastrukturunun, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri bu prosesdə mühüm rola malikdir. Bakı Gəmiqayırma Zavodunda 2023-cü ildən tikilən və Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq “Dostlug” adlı neftdaşıyan tanker 22 iyun 2026-cı ildə Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı Türkmənistan tərəfinə hədiyyə olunub.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri