Icma.az
close
up
RU
Azərbaycan ipəkçiliyi təhlükədə: Toxum və qurd problemi

Azərbaycan ipəkçiliyi təhlükədə: Toxum və qurd problemi

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaxtilə şöhrəti dillər əzbəri olan Azərbaycan ipəyi bu gün çətin durumdadır. Açıqlanan statistik rəqəmlər də bu qənaətə gəlməyə əsas verir. Təsadüfi deyil ki, başa çatmaqda olan ildə "Azəripək” də ixrac gəlirlərini üç dəfə azaldıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında qeyd edilib ki, bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus "Azəripək” MMC 588 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ölkə.az "Kaspi" qəzetinə istinadən bildirir ki, sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır. Maraqlıdır, ixracın kəskin azalmasının səbəbi nədir? İpəkçiliyin inkişafının qarşısında hansı problemlər dayanır?

"Azəripək" MMC direktorunun müşaviri Teymur Musayev "Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda qarşılarında dayanan əsas məsələ toxum və qurd problemidir: "Hər il noyabrın əvvəlində gələn il üçün nə qədər toxum gələcəyi və neçə qutu qurd paylanılacağı məlum olurdu. Amma bu il heç bir məlumat yoxdur. Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin altı min tona çatdırılması nəzərdə tutulub. Lakin hazırda bu sahədə vəziyyət yaxşı deyil, hətta acınacaqlıdır”.

Mütəxəssis deyir ki, 2015-ci ildə respublikada 236 kq barama istehsal olunduğu halda, Prezidentin göstərişindən sonra 2016-ci ildə 71,7 ton barama istehsal olundu. 2019-cu ildə 641 ton yaş barama istehsal olunub. 2024-cü ildə isə bu rəqəm 174 tondur. Rəqəmlər bu sahədə olan hazırkı durumu aydın şəkildə göstərir.

Mütəxəssisin sözlərinə görə, ötən il yaş baramanı tək "Azəripək” yox, özbək şirkətləri də aldılar və özləri də emal etdilər: "Bərdənin ətrafındakı barama istehsal edən rayonlardan yaş baramanı özbəklər aldı. Ən gözəl barama istehsal edən rayonlar - Ağcabədi, Goranboy, Ağdaş, Yevlax, Tərtər, Bərdə, Ağdam yaş baramanı özbəklərə satdı. Onlar da bunu xaricə ixrac edirlər. Halbuki qonşu ölkələrin heç birində baramanın xammal kimi xarici ölkəyə satışına dövlət səviyyəsində icazə verilmir.  O barama ötən il bizə verilsə idi, işləyərdik. Hazırda müəssisədə 220 nəfər işçini məcburiyyət qarşısında məzuniyyətə göndərmişik. Çünki iş yoxdur”.

İsmayıllıdan olan ipəkçilik üzrə mütəxəssis Qoşqar Fətəliyev də bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi. Onun səbəbləri isə fərqlidir. Mütəxəssis bu sahədə peşəkarların olmamasından şikayətlənir: "Biz həm toxuya bilirik, həm də kəlağayı istehsal edirik. Bunun üçün ipi Şəkidən alırıq. Əslində, İsmayıllıda kənd camaatı baramanı böyüdür, hazırlayır və kilo ilə Şəkiyə satır. Şəki onu bizdən alır və ip şəklində bizə verir. Hər baramada bir tel olur. 10 tel birləşir və kəlağayıda istifadə olunan 310 markalı ən məşhur sapı əmələ gətirir. Biz Şəkidən 310 markanı alırıq, burada emal edirik, ipək parçanı toxuyur, istehsal edirik. Lakin hazırda ən böyük problemlərdən biri tut ağaclarının yetərincə olmamasıdır. Ona erkək tut ağacı deyilir. Hansı ki, bar vermir, qurd onun yarpaqlarını yeyir və inkişaf edir. Son dövrlərdə qurdun növündə də problem var. Sovet hökuməti dövründə qurdlar 40 günlük idi, indi isə 28 günlükdür. Bu qurdların saxlanılması üçün mütəxəssis yoxdur. Mütəxəssis hazırlamaq üçün mütləq şəkildə təlimlər keçirilməli, maarifləndirmə aparılmalıdır. Qurdu saxlamaq ayrıca bir sənətdir. Bunu edə bilən kənd əhalisi isə yox dərəcəsindədir”.

Həmsöhbətimiz vurğulayır ki, problemin kökündə urbanizasiya da dayanır: "Mütəxəssis çatışmazlığının ən böyük səbəbi kəndlinin şəhərə köçməsidir. Qurd vaxtı kənddə işçi tapmaq olmur. Bu, 3-5 adamın işi deyil. O vaxt nənələrimiz bu işlə məşğul idi. Məsələn, nənəmin beş oğlu olub, hər uşaq bir yarpaq gətirəndə iş düzəlirdi. Burada təkcə maddi tərəf yox, mənəvi tərəf, zəhmət də rol oynayır. 40 gün o qurd böyüyənə qədər ailənin bütün fərdləri əziyyətini çəkiblər. Amma bu gün bunu hansı uşağa deyə bilərsən? İşlətməyə adam yoxdur. Maaşlı işçiyə müraciət etdikdə də, gəlir xərclərini ödəmir. Buna görə də ipəkçilik təhlükədədir. Bu sahəyə maraq artırılmalı, dövlət nəzarəti gücləndirilməli və maarifləndirmə tədbirləri aparılmalıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərov da deyir ki, Azərbaycanda ipəkçiliyin inkişafı istənilən səviyyədə deyil və problemlər mövcuddur: "Qeyri-neft sektoru üzrə ixrac potensialımızda ipəyin çox mühüm yeri var. Biz ipəyi ixrac etmək imkanındayıq. Amma real olaraq üç ölkəyə - İrana, Hindistana, Türkiyəyə göndərə bilirik. Bu sahədə Azərbaycanın qədimdən böyük təcrübəsi var. Son illər ərzində də bu sahəyə müvafiq vəsait qoyuluşu onu dirçəltmişdi. Lakin görünən budur ki, bərpa prosesi lazımi səviyyədə getmədi”.

İqtisadçı bildirir ki, ixracın bir il ərzində bu səviyyədə azalması bilavasitə daxili səbəblərdən qaynaqlanır: "İpək dünya bazarında tələb olunan məhsul növlərindən biridir. Bu sahədəki kəskin azalma xarici bazarlarla izah edilə bilməz. Səbəb kənar amillər deyil, sırf daxili səbəblərdir. Fərdi təsərrüfatlarda bu işə maraq artırılsa, emal prosesi ilə xammalın əldə olunması arasında zəncirvari əlaqə təmin olunsa, ixrac stimullaşdırılsa, ipək ölkəyə ciddi məbləğdə valyuta gətirə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Dekabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see331

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see253

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see202

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see199

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see191

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see175

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see171

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see166

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see164

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see164

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see160

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see159

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see158

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see156

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see155

Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

14 Avqust 2026 07:39see155

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see154

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see147

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri