Icma.az
close
up
RU
Azərbaycan ipəkçiliyi təhlükədə: Toxum və qurd problemi

Azərbaycan ipəkçiliyi təhlükədə: Toxum və qurd problemi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Vaxtilə şöhrəti dillər əzbəri olan Azərbaycan ipəyi bu gün çətin durumdadır. Açıqlanan statistik rəqəmlər də bu qənaətə gəlməyə əsas verir. Təsadüfi deyil ki, başa çatmaqda olan ildə "Azəripək” də ixrac gəlirlərini üç dəfə azaldıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında qeyd edilib ki, bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus "Azəripək” MMC 588 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır. Maraqlıdır, ixracın kəskin azalmasının səbəbi nədir? İpəkçiliyin inkişafının qarşısında hansı problemlər dayanır?

"Azəripək" MMC direktorunun müşaviri Teymur Musayev "Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda qarşılarında dayanan əsas məsələ toxum və qurd problemidir: "Hər il noyabrın əvvəlində gələn il üçün nə qədər toxum gələcəyi və neçə qutu qurd paylanılacağı məlum olurdu. Amma bu il heç bir məlumat yoxdur. Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin altı min tona çatdırılması nəzərdə tutulub. Lakin hazırda bu sahədə vəziyyət yaxşı deyil, hətta acınacaqlıdır”.

Mütəxəssis deyir ki, 2015-ci ildə respublikada 236 kq barama istehsal olunduğu halda, Prezidentin göstərişindən sonra 2016-ci ildə 71,7 ton barama istehsal olundu. 2019-cu ildə 641 ton yaş barama istehsal olunub. 2024-cü ildə isə bu rəqəm 174 tondur. Rəqəmlər bu sahədə olan hazırkı durumu aydın şəkildə göstərir.

Mütəxəssisin sözlərinə görə, ötən il yaş baramanı tək "Azəripək” yox, özbək şirkətləri də aldılar və özləri də emal etdilər: "Bərdənin ətrafındakı barama istehsal edən rayonlardan yaş baramanı özbəklər aldı. Ən gözəl barama istehsal edən rayonlar - Ağcabədi, Goranboy, Ağdaş, Yevlax, Tərtər, Bərdə, Ağdam yaş baramanı özbəklərə satdı. Onlar da bunu xaricə ixrac edirlər. Halbuki qonşu ölkələrin heç birində baramanın xammal kimi xarici ölkəyə satışına dövlət səviyyəsində icazə verilmir.  O barama ötən il bizə verilsə idi, işləyərdik. Hazırda müəssisədə 220 nəfər işçini məcburiyyət qarşısında məzuniyyətə göndərmişik. Çünki iş yoxdur”.

İsmayıllıdan olan ipəkçilik üzrə mütəxəssis Qoşqar Fətəliyev də bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi. Onun səbəbləri isə fərqlidir. Mütəxəssis bu sahədə peşəkarların olmamasından şikayətlənir: "Biz həm toxuya bilirik, həm də kəlağayı istehsal edirik. Bunun üçün ipi Şəkidən alırıq. Əslində, İsmayıllıda kənd camaatı baramanı böyüdür, hazırlayır və kilo ilə Şəkiyə satır. Şəki onu bizdən alır və ip şəklində bizə verir. Hər baramada bir tel olur. 10 tel birləşir və kəlağayıda istifadə olunan 310 markalı ən məşhur sapı əmələ gətirir. Biz Şəkidən 310 markanı alırıq, burada emal edirik, ipək parçanı toxuyur, istehsal edirik. Lakin hazırda ən böyük problemlərdən biri tut ağaclarının yetərincə olmamasıdır. Ona erkək tut ağacı deyilir. Hansı ki, bar vermir, qurd onun yarpaqlarını yeyir və inkişaf edir. Son dövrlərdə qurdun növündə də problem var. Sovet hökuməti dövründə qurdlar 40 günlük idi, indi isə 28 günlükdür. Bu qurdların saxlanılması üçün mütəxəssis yoxdur. Mütəxəssis hazırlamaq üçün mütləq şəkildə təlimlər keçirilməli, maarifləndirmə aparılmalıdır. Qurdu saxlamaq ayrıca bir sənətdir. Bunu edə bilən kənd əhalisi isə yox dərəcəsindədir”.

Həmsöhbətimiz vurğulayır ki, problemin kökündə urbanizasiya da dayanır: "Mütəxəssis çatışmazlığının ən böyük səbəbi kəndlinin şəhərə köçməsidir. Qurd vaxtı kənddə işçi tapmaq olmur. Bu, 3-5 adamın işi deyil. O vaxt nənələrimiz bu işlə məşğul idi. Məsələn, nənəmin beş oğlu olub, hər uşaq bir yarpaq gətirəndə iş düzəlirdi. Burada təkcə maddi tərəf yox, mənəvi tərəf, zəhmət də rol oynayır. 40 gün o qurd böyüyənə qədər ailənin bütün fərdləri əziyyətini çəkiblər. Amma bu gün bunu hansı uşağa deyə bilərsən? İşlətməyə adam yoxdur. Maaşlı işçiyə müraciət etdikdə də, gəlir xərclərini ödəmir. Buna görə də ipəkçilik təhlükədədir. Bu sahəyə maraq artırılmalı, dövlət nəzarəti gücləndirilməli və maarifləndirmə tədbirləri aparılmalıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərov da deyir ki, Azərbaycanda ipəkçiliyin inkişafı istənilən səviyyədə deyil və problemlər mövcuddur: "Qeyri-neft sektoru üzrə ixrac potensialımızda ipəyin çox mühüm yeri var. Biz ipəyi ixrac etmək imkanındayıq. Amma real olaraq üç ölkəyə - İrana, Hindistana, Türkiyəyə göndərə bilirik. Bu sahədə Azərbaycanın qədimdən böyük təcrübəsi var. Son illər ərzində də bu sahəyə müvafiq vəsait qoyuluşu onu dirçəltmişdi. Lakin görünən budur ki, bərpa prosesi lazımi səviyyədə getmədi”.

İqtisadçı bildirir ki, ixracın bir il ərzində bu səviyyədə azalması bilavasitə daxili səbəblərdən qaynaqlanır: "İpək dünya bazarında tələb olunan məhsul növlərindən biridir. Bu sahədəki kəskin azalma xarici bazarlarla izah edilə bilməz. Səbəb kənar amillər deyil, sırf daxili səbəblərdir. Fərdi təsərrüfatlarda bu işə maraq artırılsa, emal prosesi ilə xammalın əldə olunması arasında zəncirvari əlaqə təmin olunsa, ixrac stimullaşdırılsa, ipək ölkəyə ciddi məbləğdə valyuta gətirə bilər”.

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri