Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Hindistandan Ermənistana “Pinaka”: Azərbaycan sərhədləri təhlükədə

Hindistandan Ermənistana “Pinaka”: Azərbaycan sərhədləri təhlükədə

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib. Hindistan və Ermənistan KİV-də yer almış məlumata əsasən, iki ölkə arasında əldə olunmuş razılıq çərçivəsində, Ermənistana daha əvvəl dörd “Pinaka” batareyasının tədarükü həyata keçirilmişdir. Belə ki, bu yaylım atəşli reaktiv sistemlərin Ermənistana göndərilməsi 2023-cü ilin iyulunda başlanılmış və 2024-cü ilin noyabrında yekunlaşıb.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Hindistan parlamentlərarası İşçi Qrupunun sədri Zaur Şükürov bildirib ki, Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) şirkəti tərəfindən Ermənistana ilk “Pinaka” idarə olunan raket sistemlərinin göndərilməsi Cənubi Qafqazda hərbi balans və təhlükəsizlik mühiti baxımından diqqətlə izlənməli hadisədir:

“Pinaka” raket sistemləri əsasən operativ-taktiki səviyyədə tətbiq olunur və müxtəlif modifikasiyalarda 40–75 km, bəzi mənbələrə görə daha artıq məsafədə hədəfləri vura bilir. Texniki baxımdan bu sistemlər Ermənistan ərazisindən Azərbaycanın sərhədyanı bölgələrində yerləşən hərbi obyektlər və infrastruktur üçün potensial risk yarada bilər. Lakin real təhlükə səviyyəsi yalnız silahın mövcudluğu ilə deyil, onun sayına, yerləşdirilmə coğrafiyasına, idarəetmə və kəşfiyyat imkanları ilə inteqrasiyasına bağlıdır. Bu baxımdan, perspektivdə Azərbaycanın ümumi hərbi üstünlüyünü fundamental şəkildə dəyişəcək faktor kimi qiymətləndirilə bilməz.

“Pinaka” sistemlərinin Azərbaycana qarşı istifadəsi texniki baxımdan mümkünlüyü ehtimal edilsə belə, bu, eyni zamanda Ermənistan üçün ciddi eskalasiya riski yaradar. Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və gücü, dəqiq zərbə vasitələri, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat imkanları nəzərə alındıqda, bu cür silahların istifadəsi qarşı tərəf üçün asimmetrik və baha başa gələn nəticələr doğura bilər".

Parlamentarinin sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və etimad quruculuğu tədbirlərinin irəlilədiyi bir zamanda, Hindistan tərəfindən raket tədarükünə başlanılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasına xidmət etməyən, qəbuledilməz addım kimi qiymətləndirilməlidir:

"Eyni zamanda, sülh gündəliyi ilə bağlı proseslər fonunda, Ermənistanın da silah tədarükünü davam etdirməsi ziddiyyətli davranışdır və məqbul hesab edilə bilməz. Bu ölkənin hücum xarakterli silah sistemləri əldə etməsi regionda hərbi risklərin artmasına obyektiv zəmin yaradır və sülh müqaviləsinin imzalanmadığı və etimad tədbirlərinin yetərli olmadığı şəraitdə təhlükəlidir. Ermənistanın davamlı silahlanması regionda uzunmüddətli sabitliyə xidmət etmir. Əksinə, resursların hərbi sahəyə yönəldilməsi sülh gündəliyini arxa plana keçirir və revanşist meyilləri gücləndirir. Silah tədarükləri Ermənistana etimadsızlığı daha da dərinləşdirir. Xüsusilə də, bu proses şəffaflıq və regional təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmadıqda, hər bir yeni silah partiyası potensial təhlükə mənbəyi kimi qəbul edilməlidir. Bununla yanaşı, Hindistan tərəfdən də belə addımın atılması Cənubi Qafqazda tammiqyaslı yeni silahlanma yarışının başlanğıcı kimi qiymətləndirilməsə də, riskli tendensiya hesab edilə bilər".

Z.Şükürov vurğulayıb ki, digər mühüm məqam isə məhz Azərbaycan-Hindistan münasibətləri müstəvisində ortaya çıxır:

"Azərbaycan ənənəvi olaraq balanslı, qarşılıqlı hörmət və faydalılıq əsasında, milli maraqlara söykənən prinsipial və müstəqil xarici siyasət kursu həyata keçirir. Hindistanla Azərbaycan arasında da əvvəlki dövrlərdə qənaətbəxş münasibətlər mövcud olub. Lakin təəssüflə qeyd edilməlidir ki, torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxlamış, soyqırım və qətliamlar törətmiş Ermənistanı son illər hücum xarakterli silahlarla təchiz edən, habelə ölkəmizin müəyyən çoxtərəfli beynəlxalq platformalarda fəaliyyətinə maneələr yaradan məhz Hindistan olub və bu siyasət qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə zidd olan mövqedir.

Bu yanaşma, heç şübhəsiz, Azərbaycan cəmiyyətində Hindistanın regiondakı roluna dair suallar yaradır və ikitərəfli münasibətlərin gələcək inkişafına xidmət etməyən siyasət kimi qiymətləndirilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri