Icma.az
close
up
RU
Azərbaycan “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

Azərbaycan “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bonn, 18 iyun, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bonn şəhərində keçirilən 62-ci Sessiyası çərçivəsində COP29 Sədrliyinin təşkilatçılığı ilə “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub)Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra dövlətlərin yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları, iqlim fondları, vətəndaş cəmiyyətinin nümayəndələri və gənc liderlər iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər nazirinin müavini Abdullah Balalaa, İtaliya hökümətinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Françesko Korvaro çıxış edərək, Azərbaycanın COP sədrliyinin təşəbbüsü ilə ötən il təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində vacib platformaya çevrildiyini qeyd ediblər.

Bildirilib ki, Bakı Mərkəzi 30-dan çox ölkə, bir sıra nüfuzlu qlobal təsisat və 300-dən çox beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən dəstklənir.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Mərkəzin növbəti fəaliyyət mərhələsi olaraq Çad, İraq və Qvineya-Bisauya iqlim və sülh sahəsində beynəxalq dəstəyi və maliyyə tərəfdaşlığını nəzərdə tutan pilot layihələrin anonsunu verib.

Sonra aparılmış panel müzakirələrində həmin ölkələr tərəfindən layihələr təqdim edilib, onların inkişaf etməkdə olan ölkələrin milli potensialların gücləndirilməsinə töhfələri vurğulanıb, Azərbaycana layihələrin inkişafı sahəsində göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Çıxış edən Almaniya və İngiltərə təmsilşiləri, həmçinin Yaşıl İqlim Fondu, UNEP, UNDP, İslam İnkişaf Bankı (IsDB), Afrika İnkişaf Bankı (AfDB) və digər qurumların nümayəndələri layihələrin icrasına dəstək ifadə edərək, onların su qıtlığı, torpaq deqradasiyası və ərzaq təhlükəsizliyi, həmçinin iqlimlə bağlı miqrasiyasının qarşısının alınmasına tövhə verəcəklərini, ümumilikdə planetimizin 500 milyon nəfərdən artıq əhalisinin həyatına müsbət təsir göstərəcəyini qeyd ediblər.

Yekun nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı Mərkəzinin fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürün ifadə edib, Azərbaycanın bundan sonra da sülh və iqlim qovşağı sahəsində az inkişaf etmiş ökələrə dəstək vercəyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri