Qərbi Azərbaycan hərəkatı beynəlxalq dəstək qazanır
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti mühüm uğur əldə edilib. Asiya Parlament Assambleyasının fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub.
Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, özündə 44 dövlətin parlamentini birləşdirən Asiya Parlament Assambleyasının Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul olunmasının növbəti mötəbər təsdiqidir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 Mart 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















