Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 faizi ötüb
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Bu ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 451,1 milyon manat təşkil edib.
525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 7,4 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 8,2 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 050,3 milyon manatı və yaxud 70,1 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 8,6 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 635,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi dəyişməyərək 24,3 % səviyyəsində qalıb.
Dekabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 765,5 milyon manat olub. Bu, illik müqayisədə 3,9 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 5,6 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 31 Dekabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















