Icma.az
close
up
RU
“Azərbaycan İran bütün istiqamətlər üzrə bir birinə yaxın olmağa çalışır”

“Azərbaycan İran bütün istiqamətlər üzrə bir birinə yaxın olmağa çalışır”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan bütün qonşularla, o cümlədən İranla əlaqələrin inkişafında maraqlı olub və bu siyasət bu gün də davam edir. Məsud Pezeşkianın Bakı səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı 3-cü dövlətlərin müdaxiləsi yolverilməzdir. Bakı və Tehran bundan sonra bu cəhdlərin qarşısını birlikdə almalıdır. Çünki ikitərəfli münasibətlərin inkişafı regional təhlükəsizlik baxımından vacibdir.

Diqqət çəkən məqamlardan biri Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş partlayışa rəğmən səfərin təxirə salınmaması oldu. Bu, Tehranın Bakı ilə yüksək səviyyəli dialoqun ən tez vaxtda baş tutmasında maraqlı olduğunu göstərdi. Dövlət başçılarının səsləndirdiyi bəyanatlar, imzalanan sənədlər ikitərəfli münasibətlərdə artıq yeni mərhələnin başladığını söyləməyə əsas verir. Bu vaxta qədər yaranmış narazılıqlara baxmayaraq, İran-Azərbaycan münasibətlərində hər zaman yaxın qonşuluq, ortaq tarixi və mədəni irs mövcud olub. Bu səfər zamanı hazırda dünyada müşahidə olunan geosiyasi və iqtisadi reallıqlar fonunda Bakı və Tehran  münasibətləri uğurla davam etdirmək niyyətini açıqladı. 

Xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə yaradılan 3+3 formatına İranın da cəlb olunması təsadüfi deyildi.  Eyni zamanda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı da davam etdirilir və bunun təşəbbüskarı da məhz Prezident İlham Əliyevdir. Məlum olduğu kimi, 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşləri keçirilib. Səfər zamanı dövlət başçılarının müzakirə etdiyi əsas məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Hər iki ölkə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edir. Dövlət başçımız bəyan etdi ki, biz bunun sadəcə, nəqliyyat dəhlizi yox, həm də Azərbaycan və İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratmasını istəyirik və bunun üçün kifayət qədər imkanlar var. Qara dənizlə Fars körfəzini birləşdirən Araz dəhlizinə gəlincə, bu, həm də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri isə İran və Azərbaycan arasında ticarət əlqələrini gücləndirəcək

Yəni, Azərbaycan özünün dəmiryolu infrastrukturunu yeniləməsi həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərir.İran prezidenti də qeyd etdi ki, biz elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün təbii ki, qarşılıqlı səylər vacibdir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri