Icma.az
close
up
RU
Azərbaycan İran münasibətləri və regional gerçəkliklər: Bakının növbəti təşəbbüsü

Azərbaycan İran münasibətləri və regional gerçəkliklər: Bakının növbəti təşəbbüsü

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

K.Əlioğlu

Cənubi Qafqaz regionunda son zamanlar cərəyan edən geosiyasi proseslər daxilində Azərbaycanla İranın münasibətləri xüsusi yer tutur. Məsələ onunla bağlıdır ki, İran son yüzillərdə ənənəvi olaraq regionda güclü mövqeyə sahibdir. Azərbaycan isə XXI əsrdə Cənubi Qafqazın parlayan ulduzudur. Bakının geosiyasi dinamika və mənzərəyə təsiri çox artıb və hətta indi aparıcı güc kimi qəbul edilir. Bundan başqa, Azərbaycan Prezidenti həmişə İranla münasibətlərin konstruktivliyinə ciddi diqqət yetirir. İndi də eyni mövqe mövcuddur. Həmin kontekstdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri ekspertlərin böyük marağına səbəb olub.

Azərbaycanın cənub qonşusuna əməkdaşlıq təklifi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu ilin fevralında İrana səfər etməsini ekspertlər birmənalı olaraq Prezident İlham Əliyevin növbəti müdrik addımı kimi qiymətləndirirlər. Çünki Azərbaycanın dövlət başçısı bir daha cənub qonşusuna əməkdaşlıq əlini uzadıb.

Burada qeyri-adi heç nə yoxdur – Azərbaycan dövləti həmişə münasibətlərin sülh, əməkdaşlıq və təhlükəsizliyin qarşılıqlı əlaqələri platformasında qurulmasına çalışıb. Bununla yanaşı, bu dəfə rəsmi Bakının atdığı addım fövqəladə siyasi hadisədir. Səbəblərini aydınlaşdırmaq olar.

Məsələ ondan ibarətdir ki, rəsmi Tehran tərəddüdlü addımları ilə regionda geosiyasi mənzərəni aydınlaşdırmır, əksinə, əlavə risklər və qeyri-müəyyənliklər yaradır. İranın yeni rəhbərliyi bir tərəfdən bəyan edir ki, artıq bütün qonşuları ilə, ilk növbədə isə, Türkiyə və Azərbaycanla münasibətləri fərqli aspektdə qurmağa çalışacaq, eyni zamanda, digər qonşularla da münasibətləri pisləşdirməyəcək.

Digər tərəfdən isə uzun müddətdir ki, təkrar-təkrar bəyan edir: İran regionda heç bir geosiyasi sərhəd dəyişikliyinə yol verməyəcək. Buraya Zəngəzur dəhlizi məsələsinin də İran tərəfindən Ermənistan sərhədinin dəyişdirilməsi məsələsi kimi anlamı daxildir. Adi gözlə baxdıqda belə, ziddiyyəti görmək olur.

Məsələ burasındadır ki, köhnə yanaşma çərçivəsində qonşularla münasibətləri konstruktiv müstəviyə çıxarmaq mümkün deyil. Çünki məhz elə həmin yanaşmaya görə Tehranın Ankara və Bakı ilə münasibətləri dalana dirənib. Buna görə də Məsud Pezeşkian da daxil olmaqla İran rəsmilərinin qonşularla münasibətləri yaxşılaşdırmaq haqqında danışmaları daha çox real tətbiqi Tehran üçün çətin olan bir məsələyə bənzəyir.

Bunun fonunda rəsmi Tehranın iki addımı Hikmət Hacıyevin İrana səfəri rakursundan düşündürücüdür. Əvvəla, dəvətə baxmayaraq, İran Prezidenti hələlik Azərbaycan Respublikası dövlətinə rəsmi səfər etməyib. İkincisi, İran Azərbaycan-Türkiyə birliyi ilə deyil, Rusiya və Ermənistanla strateji tərəfdaşlıqdan danışır. Bundan başqa, İranın rəsmi şəxslərindən birinin Ermənistanla strateji tərəfdaşlıqdan bəhs etməsi Hikmət Hacıyevin Tehrana səfərindən sonra baş verib.

Vurğuladığımız məqamlar, faktiki olaraq, Azərbaycan və İranın həm dövlət kimi identikliyini, həm də regiona münasibətlərindəki fərqi göstərir.

"Üçüncü oyunçular"

Ekspertlər Azərbaycan Prezidentinin köməkçisinin İrana səfərini "üçüncü oyunçu" adlandırdıqları dairələrə münasibət kontekstində qiymətləndirirlər. Əlbəttə, bu barədə də danışmaq olar. Çünki sirr deyildir ki, regional və qlobal miqyaslarda Azərbaycan-İran münasibətlərində, ən azı, anlaşılmazlıqların olmasında maraqlı olanlar mövcuddur.

Cənubi Qafqazda bunun Ermənistan olduğunu hamı bilir. Yəni, Ermənistana Azərbaycan-İran münasibətləri fonunda "üçüncü oyunçu" kimi şərti olaraq baxmaq mümkündür. Çünki reallıqda Ermənistan region miqyasında oyunçu səviyyəsində deyildir. Bu halda isə o, Tehranın öz strateji geosiyasi maraqlarının regional səviyyədə təmin edilməsində bir vasitədir. İran heç zaman Ermənistanı siyasi və ya geosiyasi oyunçu kimi qəbul etmir. İrəvanın başqa oyunçuların İran əleyhinə təsiri altına düşməməsi üçün addımlar atır. İndiki mərhələdə də İran əmindir ki, Ermənistan onu geosiyasi anlamda rahatlıqla Qərbə, Rusiya və hətta Türkiyəyə "sata" bilər. Tehran Ermənistanın "regional geosiyasi oyunçuluğu"nu yalnız bu keyfiyyətdə təsəvvür edir.

Belə bir məntiqdən çıxış etsək, Hikmət Hacıyevin səfərindən çox keçməmiş Tehranın Ermənistan haqqında strateji tərəfdaş qismində bəhs etməsi manipulyativ bir gedişdir. Bununla İran rəhbərliyi kiçik Ermənistanı rahat salır ki, Azərbaycanla münasibətlərin necə olmasından asılı olmayaraq, ona münasibəti dəyişməyəcək, yəni, tələsib başqalarının tərəfinə keçməyə cəhd göstərməsin.

Əlbəttə, geosiyasətdə bu cür davranış da təzyiqin bir üsuludur. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin dedikləri yumşaq diplomatik dildə İrəvana təzyiq və ya "barmaq silkələmək"dir. Məsələnin başqa tərəfi də vardır.

Bu addımlarla rəsmi Tehran "bir güllə ilə bir neçə geosiyasi oyunçunu vurduğunu" güman edir. Onlar Qərb, Rusiya və Türkiyədir. Ermənistanı strateji tərəfdaş kimi görmək arzusu, ilk növbədə, Amerikaya mesajdır. Yəni, Vaşinqton bilməlidir ki, İrəvan onunla strateji tərəfdaşlıqla əlaqədar sənəd imzalasa da, regionda real strateji tərəfdaş Tehran ola bilər. Ermənistanın dövlət kimi heç bir zaman elə iradəsi və gücü olmayıb ki, İranın hər hansı tələbinə qarşı çıxa bilsin.

Eyni zamanda, İran rəsmiləri Rusiyaya mesaj verirlər. Moskva anlamalıdır ki, Cənubi Qafqazda İran faktorunu lazımi səviyyədə nəzərə almasa, Tehran onun oyunlarını da poza bilər. Və Kreml tam olaraq Ermənistanı öz forpostu hesab etmək iddiasına yenidən baxmalıdır.

Nəhayət, İranın bu addımında Türkiyəyə də ismarış özünü göstərir. Çünki Türkiyə addım-addım Ermənistan və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyir. N.Paşinyanın son Vaşinqton səfəri də göstərdi ki, Ermənistan həmin prosesə ciddi yanaşır və əhəmiyyətini başa düşməyə çalışır. Bu da Tehranı narahat edir.

Bununla rəsmi İrəvanın, faktiki olaraq, "strateji tərəfdaşlıq oyunları"nda da dolaşdığı aydınlaşır. Özlüyündə bu istiqamətdə Ermənistan ənənəvi kursundan və fəaliyyət prinsipindən kənara çıxmır. Belə ki, o, heç bir əsası olmadan bir neçə güclü dövlətlə strateji tərəfdaş olduğunu göstərməyə çalışır.

Məsələn, Ermənistanı Rusiya, Avropa İttifaqı (əsas olaraq, Fransa), ABŞ və indi də İran "strateji tərəfdaş" kimi təqdim edirlər. Bunların fonunda erməni diplomatiyası uzaq Hindistana belə "əl uzada" bildiyini göstərməyə çalışır. Son olaraq Ermənistanın müdafiə naziri Suren Papikyanın Dehliyə səfəri onun əlamətlərindəndir. Ancaq real siyasət kontekstində burada bir incə geosiyasi və diplomatik məqam vardır ki, nə İrəvan, nə də Tehran bunu nəzərə almır. Həmin məqam Azərbaycanın regionda geosiyasi aktor kimi mövcudluğu və praktiki addımları ilə bunu hər an təsdiq etməsidir!

İran üçün Azərbaycan faktoru: reallığı qəbul etmək zamanı

Məsələ bununla bağlıdır. Azərbaycan Prezidentinin köməkçisinin Tehrana səfəri adi bir hadisə deyildir. Azərbaycan həm səmimiyyətini, həm də gücünü göstərir. Məlum təyyarə qəzası ilə bağlı Rusiya ilə münasibətlərin dinamikası da buna sübutdur. Şimal qonşumuzda, sözün həqiqi mənasında, araqarışdıran intriqabazlar az deyildir. Onlar Azərbaycanın müstəqilliyinə etinasız yanaşmağa cəhd göstərirlər. Bakı isə qətiyyətlidir: Azərbaycan öz maraqlarını heç kimə, o cümlədən Amerika və Rusiyaya belə güzəştə getməyəcək! Tehran, əlbəttə ki, bu kontekstdə istisna deyildir: o, tam olaraq Azərbaycan Respublikası dövlətinin müstəqilliyini nəinki qəbul etməli, hətta böyük sayğı ilə ona yanaşmalıdır!

Hikmət Hacıyevin Tehran səfəri Azərbaycan diplomatiyasının İran istiqamətində fəaliyyətinin mahiyyətindəki başqa bir əhəmiyyətli məqamı da göstərir. Rəsmi Bakı bir daha qonşu dövlətə və regiondakı bütün güclərə çatdırır ki, onun mövqeyi həmişə hüquqla yanaşı, ədalət prinsipinə də əsaslanır. Bu kontekstdə Azərbaycan İranın da haqqını tanıyır, ona sayğı göstərir və konstruktiv əməkdaşlıq üçün bütün imkanları səfərbər etməyə hazırdır. Təbii ki, bu xüsusiyyət avtomatik olaraq qarşı tərəfdən də analoji mövqe nümayiş etdirməyi tələb edir.

Müqayisələr prizması

Bütün bunlar geosiyasi aspektdə Azərbaycan, İran və Ermənistanın fəaliyyətini müqayisə etməyə imkan verir. Belə görünür ki, İran tədricən Azərbaycanın maraqlarını qəbul etmək istiqamətində gedir. Prezident M.Pezeşkianın Bakıya səfər edə biləcəyi ilə bağlı informasiya bu baxımdan əhəmiyyətlidir. Zəngəzurda Qərbin hərbi güc olaraq möhkəmlənmək planları fonunda bu, Tehran üçün çox vacib bir məsələyə çevrilməkdədir.

Ermənistan isə indi formal olaraq Bakını təkrar etməyə çalışır. Azərbaycanın strateji tərəfdaşlıqla bağlı yeritdiyi siyasətə qarşı rəsmi İrəvan özünü dolaşdıran "strateji tərəfdaşların sayını artırmaq" kimi qondarma oyuna girişib. Ona görə "qondarma" deyirik ki, Ermənistana strateji tərəfdaş deyən böyük dövlətlər sırasında elə bir dövlət yoxdur ki, bunun nəticəverici məzmununu izah edə bilsin. Onların hamısının bir "arqumenti" var: Ermənistanı qoruyacağıq! Kimdən, necə, hansı üsullarla və nə üçün? Hələlik Ermənistan "xəyalların fırtınalı okeanını həqiqət səltənəti kimi qəbul edərək" üzməkdə davam edir. Lakin istiqaməti və hədəfi bəlli deyildir!Azərbaycan isə müstəqil kursunu davam etdirir. Bakının atdığı addımlar həm milli, həm də regional maraqlara tam cavab verir. Gec və ya tez böyük güclər də bunu qəbul edəcəklər!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Fevral 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see195

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see121

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see112

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri