Icma.az
close
up
RU
Azərbaycan İran münasibətlərin inkişafında həm regional, həm də qlobal faktorlar mühüm yer tutur ANALİZ

Azərbaycan İran münasibətlərin inkişafında həm regional, həm də qlobal faktorlar mühüm yer tutur ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və İran arasındakı münasibətlər bölgədə mühüm rol oynayır. Hər iki ölkə üçün qonşuluq münasibətlərinin qorunması və inkişaf etdirilməsi vacibdir. Bu gün dünyada və bölgədə baş verən dəyişikliklər dövlətləri daha sıx əməkdaşlığa sövq edir. 

Azərbaycan da yaxın qonşuları ilə qarşılıqlı hörmətə və faydaya əsaslanan əlaqələr qurmağa çalışır. Bu baxımdan İranla münasibətlərin davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi də ölkəmiz üçün önəmlidir.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:


"Azərbaycan-İran münasibətləri çoxşaxəlidir və bu əlaqədar indiyə qədər olduqca mürəkkəb proseslərdən keçib. İstənilən dövlətə, xüsusilə də qonşu ölkələrlə ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqətlə yanaşan ölkəmiz üçün İranla da müsbət münasibətlər hər zaman prioritet olub.   

Şübhəsiz ki, Azərbaycanla İran arasında münasibətlərin inkişafında həm regional, həm də qlobal faktorlar mühüm yer tutur. Bununla yanaşı bu münasibətlər həm də ortaq tarixi, dini və mədəni dəyərlərə əsaslanır. Yaxın qonşu olmağımız, İranda 40 milyona yaxın soydaşımızın yaşaması iki ölkə arasında davamlı münasibətləri zəruri edir".


Ekspert bir müddət iki dövlət arasında davam edən gərginlikdən də söz açıb:

"Biz zaman-zaman İrandan ölkəmizə qarşı adekvat olmayan münasibətlərə də şahidlik edirik. İran mediasında Azərbaycanla bağlı aparılan anti-təbliğat kampaniyası, səfirliyimizə terror hücumu, İranın Ermənistana verdiyi dəstək, eləcə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bizi təbii olaraq narahat edir. Amma bütün bunlara baxmayaraq iki ölkə arasında münasibətlərin müxtəlif spektrdə inkişaf etdirilməsi üçün real imkanlar var. 

Məsələn, İran və Azərbaycan arasında ticarət dövriyyəsinə baxdıqda davamlı şəkildə artıma şahidlik edirik. Təkcə keçən il bu dövriyyə 647 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33% artım deməkdir. Ölkəmizdə hazırda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib və onların əksəriyyəti aktiv şəkildə fəaliyyət göstərən şirkətlərdir. Neftçalada birgə avtomobil istehsalı həyata keçirilir, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun tikintisi nəzərdə tutulur. Enerji sahəsində uğurlu əməkdaşlıq var. “Xudafərin”, “Qız Qalası”, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının inşası, İmişli–Parsabad elektrik xəttinin tikintisi bu istiqamətdə atılmış mühüm addımlardır".


Politoloq iki ölkə arasında münasibətlərin inkişafında mühüm yerlərdən birinin də nəqliyyat-logistika sahəsində əməkdaşlığın təşkil edildiyini qeyd edib: 

"Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində birgə fəaliyyət bunun bariz sübutudur. 

Ümumiyyətlə isə Azərbaycan İranla qarşılıqlı faydalı və qonşuluq prinsipləri əsasında əlaqələrin dərinləməsində həmişə maraqlı olub və bu istiqamətdə üzərinə düşən addımları da atıb və atmaqda da davam edir. İran Prezidenti Pezeşkianın ölkəmizə səfəri çərçivəsində aparılan danışılqar və əldə olunan razılaşmalar da bunun bariz sübutudur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri