Azərbaycan İran sərhəd buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının səbəbi məlum olub FOTO
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.
APA-nın əldə etdiyi məlumata görə, Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.
Müraciətdən sonra hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri “Astara" dövlət sərhədi buraxılış məntəqəsində olaraq, mövcud vəziyyəti təhlil ediblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıxlıq, əsasən, İran İslam Respublikası tərəfində müşahidə olunur, ləngimələrə səbəb isə qarşı tərəfdə iş rejimindəki fasilələr və sərhədkeçmə proseslərində yaranan texniki məsələlərlə əlaqədardır.
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrində (Astara, Cənub-Astara, Biləsuvar) nəqliyyat vasitələrinin keçidi isə intensiv şəkildə təmin edilir, heç bir sıxlıq müşahidə olunmur.
Yeni istifadəyə verilmiş "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsi isə İran tərəfində təmir-tikinti işləri və texniki məsələlər yekunlaşmadığından tam gücü ilə fəaliyyət göstərə bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















