Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Venesuela prezidentinin oğurlanması beynəlxalq hüquq adına utancverici mənzərədir Politoloq

Venesuela prezidentinin oğurlanması beynəlxalq hüquq adına utancverici mənzərədir Politoloq

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Yeni ilin gəlişindən etibarən beynəlxalq gündəmin əsas mövzularından biri Venesuela olub. ABŞ-nin bu ölkədə həyata keçirdiyi xüsusi əməliyyatlar, eləcə də Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılaraq ABŞ ərazisinə aparılması dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Venesuela Prezidentinin başqa bir dövlət tərəfindən oğurlanaraq qaçırılması beynəlxalq hüququ tapdalamaq deyilmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi ki, Birləşmiş Ştatlar tərəfindən Venesuela prezidentinin oğurlanması və Vaşinqtona aparılması, təbii ki, beynəlxalq hüquq adına utancverici bir mənzərədir. Onun sözlərinə görə, bu, beynəlxalq hüququn kobud şəkildə pozulması, daha doğrusu, beynəlxalq hüququn tam iflasa uğraması deməkdir:

"Təbii ki, baş verən proseslərə hazırkı geosiyasi şərtlər kontekstində nəzər salsaq, bunun təəccüblü olmadığını görürük. Çünki İkinci Dünya müharibəsindən sonra qurulan, eyni zamanda qlobal maliyyə təsisatlarının hakim olduğu və onların törəmə quruluşları olan beynəlxalq təşkilatların formalaşdırdığı dövlətlərarası münasibətlər sisteminin tam çöküşünün şahidi oluruq. Yəni dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatların funksionallığını tamamilə itirdiyini görürük. Təbii ki, bu da qlobal səviyyədə təcavüzün, eyni zamanda müharibələrin və digər arzuolunmaz mənzərənin yaranması üçün əsaslar yaradır. Bu cür addımlar presedentə səbəb olduğuna görə, çox təhlükəli xarakter alır. Hazırda qlobal böhran daha da dərinləşir və getdikcə daha ciddi problemlərin meydana gəlməsi üçün kifayət qədər əsaslar mövcuddur. Yeni dünya nizamının qurulması mərhələsinə qədər problemlərin daha da dərinləşəcəyini deyə bilərik. O cümlədən Venesuelada baş verən hadisələr də bu problemlərdən qaynaqlanır".

Müsahibimiz əlavə etdi ki, Birləşmiş Ştatlar bu addımına haqq qazandırmaq üçün “əsaslar” yaratmağa çalışır və bildirir ki, narkokartellər Venesuela hakimiyyəti tərəfindən dəstəklənir, buradan Birləşmiş Ştatlara narkotik ixrac olunur.

"Buna görə də indiyə qədər Venesuelaya qarşı bu təbliğat aparılırdı. Tramp hazırda açıq şəkildə bildirir ki, Venesuelada Birləşmiş Ştatların tövsiyəsi ilə fəaliyyət göstərən hökumət formalaşmalı, yəni Birləşmiş Ştatların maraqlarını həyata keçirən siyasi qüvvələr hakimiyyətdə olmalıdır. Təbii ki, bunun heç bir hüquqi əsası yoxdur. Əgər Venesuelada hər hansı bir diktatura rejimi varsa və yaxud hakimiyyət qanunsuzdursa, bunun həllinin yeganə yolu Venesuela xalqıdır və Venesuela xalqı buna qərar verməlidir. Kənar güclərin müdaxiləsi heç bir halda həmin ölkədə xalqın lehinə olmayıb, əksinə, daha mənfi nümunələr yaradıb. Ona görə də hesab edirəm ki, Venesuela prezidentinin həbs olunması beynəlxalq hüququn tam iflasıdır və kifayət qədər təhlükəli bir tendensiya yaradır.
Artıq xüsusilə nüvə silahına sahib olan və kifayət qədər güclü orduya malik dövlətlər öz maraqlarını beynəlxalq hüquqa zidd formada həyata keçirməklə bağlı atdıqları addımları gizlətmirlər və bunu açıq şəkildə ifadə edirlər. Xüsusilə Tramp tərəfindən Venesuela ilə bağlı verilən açıqlamalar, eyni zamanda Qrenlandiya və digər ölkələrlə bağlı səsləndirilən bəyanatlar bunu tamamilə aydın şəkildə ortaya qoyur. Bu baxımdan hesab edirəm ki, hazırda geosiyasi vəziyyət kifayət qədər gərgindir və ağıllı siyasi liderlər təbii ki, bu böhrandan az itki ilə çıxmağa çalışırlar. Qarşıdakı dövrdə daha gərgin və bütün dövlətləri təhdid edən proseslərin müşahidə olunacağını demək üçün kifayət qədər əsaslar var. Gözlənildiyi kimi, dünya daha təhlükəli bir mərhələyə qədəm qoyub", - deyə Əli Zülfüqaroğlu qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri