Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

ABŞ nin Maduro əməliyyatı böyük dövlətlərin kiçik dövlətlərə hücum etməsinin önünü açdı Əli Mustafa

ABŞ nin Maduro əməliyyatı böyük dövlətlərin kiçik dövlətlərə hücum etməsinin önünü açdı Əli Mustafa

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduronun öz ölkəsində ABŞ-nin xüsusi hərbi əməliyyatı nəticəsində həbs olunaraq Amerikaya aparılması dünyada böyük rezorans doğurub. 

Bəs ABŞ tərəfindən müstəqil bir ölkənin liderinin tutulması beynəlxalq hüquqa nə dərəcədə uyğundur?

Politoloq Əli Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, hal-hazırda Venesuela Prezidenti Nikolas Maduronun tutularaq Amerikaya aparılması dünyanın ən çox müzakirə etdiyi bir hadisədir:

"Təbii ki, bu məsələyə amerikalıların öz yanaşması var, dünyanın fərqli dövlətlərinin fərqli baxışları var. Məsələn, bu gün Venesuelada olan xalqın bir hissəsi Maduronu müdafiə edir və onun geri qaytarılmasını tələb edir. Dünyada olan venesuelalıların da əhəmiyyətli bir hissəsi bu hadisədən məmnundurlar, sevinirlər, vətənə qayıdacaqlarını bəyan edirlər. Venesuelanın hardasa 28 milyona yaxın əhalisi var, onun 8 milyonu ölkədən çıxıb. Bunun iqtisadi-sosial səbəblərlə bağlı olduğu deyilir, amma eyni zamanda rejimin təqiblərindən gedənlərin də az olmadığı bildirilir. Yəni məsələyə münasibət birmənalı deyil".

Onun sözlərinə görə, məsələyə beynəlxalq hüquq baxımından yanaşsaq, normalda suveren bir dövlətin prezidentinin başqa dövlət tərəfindən tutulub aparılması beynəlxalq hüquqa ziddir:

"Amma amerikalılar fərqli yanaşırlar. Onlar hesab edirlər ki, Maduro narkokartel rəhbəridir və həmin karteli də onlar xarici terror təşkilatlarının siyahısına salıblar. Yəni Amerika qanunvericiliyi ilə beynəlxalq terror təşkilatları onların hədəfində ola bilər. Yəni Amerika qanunvericiliyi Amerika hökumətinə bu ixtiyarı verir. Yəni bir növ Amerika daxili hüququ ilə buna baza hazırlayıblar. Uzun müddətdir ki, Maduronun "Günəş Karteli"nin rəhbəri olması və ümumiyyətlə narkotik terroru ilə məşğul olmasına dair iddialar var idi. İndi bu nə qədər doğrudur, yalandır, onu yəqin ki, məhkəmə müəyyən edəcək. Artıq səhv etmirəmsə, bu gün məhkəməyə çıxarılacaq. Hər halda, bu hadisə beynəlxalq hüquq baxımından arzulanan bir insident deyil. Çünki biz uzun müddətdir Rusiyanı qınayırdıq ki, Rusiya suveren bir dövlətə hücum edib, Ukraynanı işğal etmək istəyir. İndi təxminən onun bir versiyasını da Amerika həyata keçirdi".

Əli Mustafa bu hadisənin presedent yaradacağından da narahatlığını ifadə etdi:

"Çin ABŞ-nin bu addımına etiraz etdi, amma sabah Çin də Tayvana eyni hərəkəti edə bilər. Əslində bu, böyük dövlətlərin, böyük güclərin bir növ başqa kiçik dövlətlərə hücum etməsinin önünü açdı. Bu baxımdan əlbəttə arzulanan bir hadisə deyil. Amma digər tərəfdən nəzərə alsaq ki, bəzən hüquqla siyasət uzlaşmır, üz-üzə düşmür, Amerikanın siyasi maraqları baxımından baxanda bu anlaşılandır. Amerika Cənubi Amerikada da onun maraq dairəsində olmayan dövlətlərin onun maraq dairəsinə qaytarılmasına çalışır".

Müsahibimiz qeyd etdi ki, hazırda Venesuelanın əsas ticarət ortağı Çindir:

"Onun istehsal etdiyi neftin hardasa 80-85 faizini Çin alır. Yəni Amerika burada Çinin, Rusiyanın mövqeyini zəiflətməyə çalışır və Maduro hakimiyyətinin də devrilməsinin yəqin ki, əsas səbəblərindən biri Amerikanın geosiyasi, iqtisadi maraqlarıdır. Amerika şirkətləri də vaxtilə Venesuelada neft çıxarılmasında iştirak edib, amma 1998-ci ildən sonra, Uqo Çaves hakimiyyətə gələndən sonra Amerika şirkətləri ordan çıxarılıb. Yəni öz iqtisadi maraqlarını da bununla təmin etməyə çalışır. Venesuela dünyanın ən zəngin neft ölkəsi hesab olunur, onun ehtiyatları hardasa 300-500 milyard barel miqdarında qiymətləndirilir. Yəni bu neftə Amerikanın hakim olunması əslində dünyada neft bazarına hakim olmaq, neft qiymətlərini tənzimləmək, Çin və Rusiya ilə daha rahat danışmaq və onlara daha ciddi təsir, təzyiq etmək imkanı verir. Amerika özünün siyasi istəkləri ilə hərəkət edir, amma beynəlxalq hüquq baxımından da bu ciddi şəkildə tənqid olunur. Bildiyim qədər bu gün BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb, o səhv etmirəmsə, təcili iclasdır, yəni növbədənkənar iclasdır. İndi orada böyük ehtimalla bu məsələyə baxılacaq, bu məsələnin beynəlxalq hüquqa nə qədər zidd olub-olmamasına dair indi BMT Təhlükəsizlik Şurasının da bir açıqlaması, qiymətləndirməsi olacaq. Amma bütün hallarda təbii ki, beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan bir addım atılıb deyilə bilər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri