Icma.az
close
up
RU
Azərbaycan İran sərhədində yük daşımaları dayandırıldı Günlük zərər nə qədərdir?

Azərbaycan İran sərhədində yük daşımaları dayandırıldı Günlük zərər nə qədərdir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycan hökuməti ölkənin təhlükəsizlik maraqlarını əsas gətirərək martın 5-də Azərbaycan–İran sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin, o cümlədən tranzit daşımalarının hərəkətini müvəqqəti olaraq dayandırıb.

Rəsmi məlumatlara görə, martın 5-də Naxçıvan Muxtar Respublikasında pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Hücum zamanı mülki infrastruktur, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı və digər obyektlər zərər görüb, mülki şəxslərin xəsarət aldığı bildirilir.

“AzPolitika” “Turan.az”a istinadla bildirir ki, hazırda Azərbaycan–İran sərhədində 4 əsas keçid məntəqəsi fəaliyyət göstərir:

Astara – Astara;

Biləsuvar – Biləsuvar;

Culfa – Culfa;

Şahtaxtı – Poldəşt.

Xüsusilə Astara və Biləsuvar məntəqələri regionun ən aktiv tranzit qapıları hesab olunur. Gün ərzində Astara keçidindən təxminən 300–400, Biləsuvar keçidindən isə 250-yə yaxın yük avtomobili keçir. Digər iki keçid əsasən Naxçıvan Muxtar Respublikası ilə regional ticarət üçün istifadə olunur. Ümumilikdə gündə təxminən 600–800 yük avtomobili sərhədi keçir.

Beynəlxalq yük daşımalarında bir yük avtomobilinin daşıdığı malların orta dəyəri 40–100 min dollar arasındadır. 

Sərhədin bağlanması ilə gündəlik iqtisadi itkilər təxminən belə qiymətləndirilir:

Azərbaycan üçün: 5–10 milyon dollar tranzit və logistika gəlirlərinin azalması;

İran üçün: 10–20 milyon dollar ixrac və ticarət gecikmələri;

Regional ticarət üçün: 30–50 milyon dollar dəyərində mal dövriyyəsinin dayanması.

Uzunmüddətli bağlanma nəqliyyat xərclərinin artmasına və alternativ marşrutların axtarılmasına səbəb ola bilər.

Azərbaycan–İran sərhədi beynəlxalq nəqliyyat sistemində mühüm rol oynayır və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biridir.

Bu dəhliz vasitəsilə yüklər

Şimaldan cənuba: Rusiya, Belarus, Qazaxıstan, Avropa ölkələri;

Cənubdan şimala: Hindistan, Pakistan, BƏƏ, Cənub-Şərqi Asiya ölkələrinə daşınır.

Yüklərin böyük hissəsi İranın Bəndər - Abbas limanı vasitəsilə daxil olur və Azərbaycan üzərindən Rusiyaya və Avropaya daşınır. Ekspertlər bu marşrutu Süveyş kanalına alternativ olaraq iqtisadi baxımdan sərfəli hesab edirlər.

Nəqliyyat və logistika sahəsi üzrə ekspertlər sərhədin bağlanmasının qısamüddətli perspektivdə əsasən İran və regiondakı tranzit ticarətinə təsir göstərəcəyini bildirirlər. İqtisadçıların fikrincə, İranın şimal istiqamətində ixracının mühüm hissəsi Azərbaycan üzərindən həyata keçirilir, marşrutun bağlanması isə məhsulların Rusiya və Qafqaz bazarlarına çıxışını çətinləşdirə bilər.

Digər tərəfdən, Azərbaycan alternativ logistika marşrutları – Gürcüstan və Türkiyə istiqaməti vasitəsilə müəyyən gəlir itkilərini kompensasiya edə bilər. Eyni zamanda, Şərq–Qərb Orta Dəhlizinin əhəmiyyəti artır, yüklər Çin–Avropa istiqamətində Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınır.

Analitiklər bildirirlər ki, sərhədin bağlanması yalnız iqtisadi məsələ deyil, regionun təhlükəsizlik balansına da təsir göstərə bilər. Qərar təhlükəsizlik prioritetlərinin iqtisadi maraqlardan üstün tutulduğunu göstərir. Regionun əsas tranzit qovşaqlarından birinin bağlanması beynəlxalq logistika şirkətlərini alternativ marşrutlara yönəldə bilər.

Nəticə olaraq qeyd olunur ki, Azərbaycan–İran sərhədində yük daşımalarının dayandırılması qısamüddətli perspektivdə regional ticarət dövriyyəsini azalda və logistika zəncirində gecikmələr yarada bilər. Lakin uzunmüddətli perspektivdə qərarın regiondakı nəqliyyat marşrutlarının yenidən formalaşmasına və alternativ dəhlizlərin əhəmiyyətinin artmasına gətirib çıxara biləcəyi istisna edilmir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri