Azərbaycan İran sərhədindəki keçid məntəqəsi açıldı
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir qrup xarici ölkə vətəndaşının İrandan Azərbaycana təxliyə olunması üçün Astara sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, ilkin mərhələdə İranda olan 6 nəfər xarici ölkə vətəndaşı Azərbaycan vasitəsi ilə təxliyə olunub. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.
Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.
Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 İyun 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















