Azərbaycan Rusiya sərhədindəki keçid məntəqəsində DƏYİŞİKLİK
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Dağıstan Respublikasında Azərbaycanla sərhəddə yerləşən "Tahirkənd-Qazmalar" buraxılış məntəqəsinin yenidən qurulması layihəsi təsdiqlənib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yenidənqurmadan sonra məntəqənin buraxılış qabiliyyəti dörd dəfə artırılaraq sutkada 600-dən 2.3 min nəqliyyat vasitəsinə çatdırılacaq. Hərəkət zolaqlarının sayı isə 8-dən 20-yə yüksəldiləcək.
Qeyd olunur ki, ərazidə 99 yeni bina və qurğu tikiləcək, həmçinin müasir avadanlıqlar quraşdırılacaq. Bu, yük avtomobillərinə baxış müddətinin 10 dəqiqəyədək azaldılmasına imkan verəcək.
Bu buraxılış məntəqəsindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir. Burada yük daşımaları 29 aprel 2022-ci ildən həyata keçirilir və hazırda məntəqədən gündəlik orta hesabla 230 yük avtomobili keçir.
Məntəqənin yenidən qurulmasına 2022-ci ildə başlanılıb.
"Tahirкənd-Qazmalar" keçid məntəqəsinin yenidən qurulmasının 2028-ci ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Avqust 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















