Icma.az
close
up
RU
Azərbaycan İraq türkman elmi ədəbi əlaqələri araşdırılıb

Azərbaycan İraq türkman elmi ədəbi əlaqələri araşdırılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevanın “Azərbaycan-İraq türkman ədəbi əlaqələri və Əbdüllətif Bəndəroğlu” adlı monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatda Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələrinin tarixinə nəzər salınıb. Bu əlaqələrin fonunda tanınmış tədqiqatçı, ictimai xadim, şair, naşir və tərcüməçi Əbdüllətif Bəndəroğlunun yaradıcılığı araşdırılıb. Kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir. Girişdə türkmanların İraqda yerləşmə bölgələri, onların sayı və milli-mədəni dəyərləri haqqında qısa məlumat verilib, XX əsrin ikinci yarısından başlayan Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri ayrı-ayrı elm xadimlərinin yaradıcılığı işığında nəzərdən keçirilib. Azərbaycanda, Türkiyədə və İraqda bu əlaqələrimizin inkişafı istiqamətində mühüm rol oynamış müxtəlif elmi-ədəbi hadisələr də kitabda diqqətə çatdırılıb.

Monoqrafiyanın birinci fəslində İraq-türkman ədəbiyyatının folklor qaynaqları araşdırılıb, elmi-ədəbi əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayan Əbdüllətif Bəndəroğlunun yaradıcılığında xalq şeirinin izləri və onun ədəbiyyata gətirdiyi yeniliklər tədqiqata cəlb edilib. Azərbaycan mövzusunu istər elmi-ədəbi yaradıcılığında, istərsə də ictimai fəaliyyətində əsas istiqamətlərdən birinə çevirən şairin ölkəmizə sonsuz rəğbətini və sevgisini tərənnüm edən poeziya nümunələri ayrıca yarımfəsildə araşdırılıb.

Kitabın ikinci fəslində Əbdüllətif Bəndəroğlunun ədəbiyyatşünaslıq irsi nəzərdən keçirilib. İraq-türkman folklorunun və ədəbiyyatının araşdırılmasına həsr etdiyi tədqiqatları elmi təhlilə cəlb edilib. Araşdırıcının uzun illər Azərbaycan folkloru, eləcə də ədəbiyyatımızın klassik və müasir inkişaf dövrü ilə bağlı araşdırmaları, ərəb dilinə tərcümə etdiyi kitablar tədqiq olunub.

Əbdüllətif Bəndəroğlu ömrünün 30 ildən çoxunu İraq-türkman mətbuatının inkişafına həsr edib, bu istiqamətdə bir çox mətbu orqanların nəşrinə nail olub. Onun 1970-ci ildən naşiri olduğu “Yurd” qəzeti və “Birlik səsi” dərgisi (ərəbcə və türkcə), eləcə də 2000-ci illərin əvvəllərindən iki dildə çap etdirdiyi “Yurd” dərgisində İraq-türkman elmi-ədəbi və mədəni-ictimai həyatı ilə yanaşı, Azərbaycan elmi-ədəbi mühitini işıqlandıran mövzulara da geniş yer verilirdi. Təqdirəlayiq haldır ki, “Yurd” dərgisində alim və ədiblərimizin məqalələri Azərbaycan dilində olduğu kimi nəşr edilirdi. Kitabın üçüncü fəslində Ə.Bəndəroğlunun naşirlik fəaliyyətinin tədqiqi əsas yer tutur.

Monoqrafiyanın sonunda ötən əsrin 60-70-ci illərində Azərbaycan və İraq türkman ziyalıları arasında elmi-ədəbi istiqamətdə əsas informasiya mübadiləsi rolunu oynamış bəzi məktubların surəti yer alıb.

Kitabın elmi redaktoru Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, rəyçiləri professorlar Əfzələddin Əsgər, Almaz Həsənqız və Siham Zəngidir. Monoqrafiya Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələrinin öyrənilməsində faydalı qaynaqlardan biri sayıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri