Icma.az
close
up
RU
Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər Diplomat

Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər Diplomat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və İsrail arasındakı münasibətlər müəyyən mənada lazımınca qiymətləndirilmir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin İsraildəki keçmiş səfiri Deniel B. Şapiro ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsində Yaxın Şərq məsələləri üzrə dinləmələrdə etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Bakı ilə İsrail arasında əlaqələr ABŞ-nin vasitəçiliyi ilə 2020-ci ildə irəli sürülmüş diplomatik təşəbbüs olan İbrahim Sazişlərindən xeyli əvvəl qurulub.

“Azərbaycanla İsrail arasında artıq uzun illərdir ki, diplomatik münasibətlər mövcuddur. Azərbaycan bunu (bu əlaqələri) İbrahim Sazişlərindən əvvəl qurmuş azsaylı müsəlman ölkələrindən biridir”, – deyə Şapiro vurğulayıb.

Azərbaycanın coğrafi və geosiyasi mövqeyindən danışan sabiq diplomat onun regional təhlükəsizliyin və enerji sabitliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.

“Regiona və təhdidlərə yaxınlığı sayəsində, o təhdidlərə ki, İsrail də İran tərəfindən onlarla üzləşir - Azərbaycan bu ölkə (İsrail - red.) üçün təhlükəsizlik sahəsində tərəfdaşa çevrilib. Bu, enerji resursları hesabına da mümkün olub. Həmçinin, Azərbaycan dünyada eyni vaxtda həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Ona görə də onun strateji əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil”, – deyə Şapiro bildirib.

Təhlükəsizlik və enerji məsələləri ilə yanaşı, Şapiro Azərbaycanın İsraillə müsəlman dünyası arasında mədəni vasitəçi və körpü rolunu oynamaq qabiliyyətini də qeyd edib.

“Azərbaycan mühüm mədəni potensiala malikdir ki, bu da İsraillə digər ərəb və müsəlman ölkələri, o cümlədən, bəzi Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər”, – deyə o əlavə edib.

Şapironun fikrincə, Bakı daha geniş regional əməkdaşlıq formatlarında fəal rol oynaya bilər.

“Biz belə regional platformaların – bəlkə də, Avropa İttifaqı modelinə və ya ASEAN kimi təşkilatlara bənzər formatların – Yaxın Şərq ölkələrinin iştirakı ilə genişləndirilməsi imkanlarını müzakirə etmişik. Azərbaycan isə, şübhəsiz, belə birliklərin bir hissəsi ola bilər”, – deyə o vurğulayıb (Trend).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri