Icma.az
close
up
RU
Azərbaycan İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətləri tarixən yüksələn xətlə inkişaf edib

Azərbaycan İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətləri tarixən yüksələn xətlə inkişaf edib

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətləri tarixən yüksələn xətlə inkişaf edərək bu gün strateji müstəviyə çatmışdır. Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və İtaliya Prezidenti cənab Sercio Mattarella arasında keçirilən görüşlər və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar bir daha təsdiq etdi ki, iki ölkə arasındakı əlaqələr qarşılıqlı etimad, hörmət və strateji maraqlar əsasında formalaşaraq davamlı inkişaf edir. Bu səfər təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, həm də regional və qlobal kontekstdə mühüm siyasi hadisə kimi dəyərləndirilir.

Azərbaycan ilə İtaliya münasibətlərində ən mühüm istiqamətlərdən biri enerji əməkdaşlığıdır. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, 2020-ci ildən başlayaraq Trans-Adriatik Qaz Kəməri vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac edilir. Bu layihə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, eyni zamanda Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılmasında İtaliya əsas tərəfdaşlardan biri olmaqla, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq münasibətlərində xüsusi yer tutur.

Siyasi və iqtisadi tərəfdaşlıqla yanaşı, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq da Azərbaycan–İtaliya münasibətlərinin mühüm istiqamətlərindəndir. Mətbuata verilən bəyanatlarda İtaliya–Azərbaycan Universitetinin yaradılması məsələsinin xüsusi vurğulanması da bu istiqamətdə atılan mühüm addımlardandır. Bu layihə iki ölkə arasında humanitar əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcək, gənc nəsillərin bilik və bacarıqlarının artırılmasına, tələbə və mütəxəssis mübadiləsinin genişlənməsinə imkan yaradacaqdır. Universitet həm də elm və mədəniyyətlərin inteqrasiyası baxımından iki xalq arasında sarsılmaz körpü rolunu oynayacaq.

Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin də müsbət dinamikada inkişaf etdiyi müşahidə olunur. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, qarşılıqlı dialoq və əməkdaşlıq münasibətləri genişlənərək müxtəlif sahələri əhatə edir. Bu kontekstdə İtaliya, Avropa İttifaqının aparıcı üzvlərindən biri kimi, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafına mühüm dəstək verir. Roma ilə Bakı arasında qurulan strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də Azərbaycan–Aİ münasibətlərində mühüm rol oynayır.
İtaliya Prezidentinin Azərbaycana səfəri və dövlət başçılarının yüksək səviyyəli bəyanatları bir daha göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri hərtərəfli və dərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Enerji sahəsində möhkəm əməkdaşlıq, elm və təhsil layihələri, mədəni əlaqələrin inkişafı, həmçinin Avropa İttifaqı ilə münasibətlərdə qarşılıqlı dəstək gələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Bu səfərin nəticələri bir daha təsdiq edir ki, Azərbaycan ilə İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək, xalqlarımızın rifahına və regional sabitliyə mühüm töhfələr verəcəkdir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi:

“Azərbaycan ilə İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq əsasında qurulub və bu gün biz bu münasibətləri yeni məzmunla daha da zənginləşdiririk. Əminəm ki, əməkdaşlığımızın gələcək inkişafı xalqlarımızın mənafeyinə xidmət edəcək”.

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri