Aydın Məmmədov: “Adil Qeybulla şantaj fəaliyyəti ilə məşğuldur”
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə professor-ekspert Adil Qeybulla sosial şəbəkə hesabında paylaşım edərək Şəki Ensiklopediyasının rəhbərliyinə müraciət edərək adının nəşrdən çıxarılmasını tələb etmişdi.
Adil Qeybulla paylaşımında bildirib ki, həmin ensiklopediyada yer almaq istəmir:
“Gələn ilin birinci yarısında nəşr edilməsi planlaşdırılan Şəki Ensiklopediyasında yer alacaq şəxslərin sırasından adımın çıxarılmasını tələb edirəm. Dəyərli yurddaşlarımın bunu anlayışla qarşılamalarını arzu edərdim.
Həmin kitabda poz verən bəzi apologetlərlə adımın hallanmasını qətiyyən istəmirəm. Geci və tezi tarix hər kəsi öz yerinə qoyacaq, bəzilərini rektala evakuasiya edənə qədər".
Şəki Ensiklopediyasının rəhbəri Aydın Məmmədov "Cebheinfo.az"-a müraciət edərək bildirib ki, bu layihə şəxsi maraqlara yox, vətənə və xalqa xidmət məqsədinə xidmət edir.
Onun sözlərinə görə, Adil Qeybulla sanki arxadan zərbə vurdu:
"Şəki Ensiklopediyası rəsmi dövlət qeydiyyatından keçmiş MMC olmaqla yanaşı, eyni zamanda media subyektidir və Media Reyestrində qeydiyyata alınıb.
Media strukturu olaraq tərkibimizdə 3 çap orqanı - “Şəkinin Səsi”, “İpəkçi” qəzeti və “Şəki Ensiklopediyası” jurnalı fəaliyyət göstərir. Bu adlar bizim rəsmi brendimizdir. Bildirmək istəyirəm ki, fəaliyyətimiz tamamilə təmənnasızdır.
Heç bir sponsorumuz yoxdur, heç kimdən ödəniş almırıq. Məqsədimiz yalnız Azərbaycan xalqına, onun tarixinə xidmət etmək, ölkəmizin tanınmış şəxsiyyətlərini cəmiyyətə təqdim etməkdir.
Şəki Ensiklopediyası Azərbaycanda birinci, özəl ensiklopedik “Vikipediya”dır. Burada yer alan məqalələr aylarla aparılan araşdırmaların nəticəsidir və bəzi hallarda ilk mənbə məhz bizim platformadır.
Qeyd etməliyəm ki, Adil Qeybulla ictimai şəxsdir. Onun barəsində dərc edilmiş material ensiklopedik xarakter daşıyır və həyat yolu, fəaliyyəti, eləcə də ictimai-siyasi fəaliyyəti əhatə edir. O, dəfələrlə deputatlığa namizəd olub. Mən təmannasız həmişə onu vermişəm. Belə arxadan zərbə xoşagəlməz haldır".
Aydın Məmmədov qeyd edib ki, Adil Qeybulla sadəcə şantaj fəaliyyəti ilə məşğuldur:
“Adil Qeybulla tərəfindən sosial şəbəkə üzərindən edilən paylaşımı əsassız, etik normalara zidd və jurnalistin peşəkar fəaliyyətinə müdaxilə kimi qiymətləndirirəm. Bizim biznes fəaliyyətimizi, brendimizi hörmətdən salır.
5-10 nəfər onun statusunu oxuyandan sonra Şəki Ensiklopediyasının nüfuzu onların yanında aşağı düşür. Bu, antireklamdır. Onu da niyə edib deyim. Deputat var onunla bir yerdə namizəd olub. Onun ad gününü “Facebook” qrupunda təbrik edirik. Oda görüb. Onunla eyni vaxtda namizəd olub. Heç olmasa adını yazda. Adını yaz ki, kimi istəmirsən onunla adın birlikdə olsun?
Ordakılar hamısı ensiklopedik şəxslərdir. Əgər hər hansı narazılığı var idisə, birbaşa mənə telefonla zəng edərdi. Sosial şəbəkədə paylaşım etməklə brendimizə zərər vuran antireklam aparılıb, bu isə biznes və media nüfuzumuza mənfi təsir göstərib.
Xüsusilə qeyd edirəm ki, sözügedən ensiklopediya kitab şəklində hələ nəşr olunmayıb, sayt üzərində isə müvafiq məqalə mövcuddur. Sosial şəbəkə üzərindən tələb irəli sürmək qəbuledilməzdir. O şantaj yolunu tutub".
O əlavə edib ki, bu, alim və ictimai şəxs adına yaraşmayan davranışdır:
"Alim olmaq asandır, insan olmaq çətindir. Sizin vasitənizlə təklif edirəm ki, Adil Qeybulla etdiyi hərəkətə görə üzr istəməlidir. Hazırda mən Bakıdayam. Şəkiyə qayıtdıqdan sonra bir bəyanat da mən yazacam.
Peşəkar jurnalist fəaliyyətimə müdaxiləyə görə, brendimizə vurulan maddi və mənəvi zərərə görə, antireklam və nüfuzdan salma faktına görə məhkəməyə müraciət edəcəyəm, qanunvericilikdə nəzərdə tutulan inzibati və hüquqi məsuliyyətin tətbiqini, həmçinin kompensasiya ödənilməsini tələb edəcəyəm".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: Aydın Məmmədov Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:79
Bu xəbər 01 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















