Icma.az
close
up
RU
Azərbaycan İtaliya münasibətləri yeni inteqrasiya mərhələsinə qədəm qoyub ŞƏRH

Azərbaycan İtaliya münasibətləri yeni inteqrasiya mərhələsinə qədəm qoyub ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə təkcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də regional və qlobal səviyyədə strateji tərəfdaşlığın uğurlu modelinə çevrilib. Bu münasibətlərin dinamikası Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın son görüşlərində verilən bəyanatlar fonunda daha aydın görünür.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun fikrincə, Azərbaycan-İtaliya münasibətlərinin institusional bazası artıq on ildən çoxdur ki, möhkəmlənib. 2015-ci ildə imzalanan ilk strateji tərəfdaşlıq sazişi, 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələri yeni müstəviyə daşıyıb. Bu sənədlər kağız üzərində qalmadı, onların praktik nəticəsi ən çox enerji əməkdaşlığında özünü göstərdi. Trans-Adriatik Qaz Kəməri (TAP) və ümumilikdə Cənub Qaz Dəhlizi bu siyasi iradənin məhsuludur. İtaliya Prezidentinin birbaşa müdaxiləsi ilə həll edilən maneələr nəticəsində TAP vaxtında işə salındı və artıq Azərbaycan qazı Avropanın 14 ölkəsinə çatdırılır. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırmaqla yanaşı, Bakının etibarlı tərəfdaş statusunu möhkəmləndirdi.

Enerji əməkdaşlığından diversifikasiyaya doğru gedilən yoldan danışan deputat deyib: “Enerji resursları Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunu olaraq qalır. İtaliya Azərbaycanın neft ixracında birinci, qaz ixracında ikinci yeri tutur. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 16 milyard dollardan artıq olub ki, bu da İtaliyanı Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevirib. Lakin əməkdaşlıq artıq yalnız enerji ilə məhdudlaşmır. Azərbaycanın Avropa İttifaqına elektrik enerjisi ixracı üzrə apardığı danışıqlar, Xəzərin dibi ilə çəkiləcək yeni enerji xətləri və birgə sənaye layihələri tərəfdaşlığın dayanıqlı xarakterini nümayiş etdirir. Azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin infrastruktur və kənd təsərrüfatı layihələrində iştirakı da bu prosesin tərkib hissəsidir”.

Vüqar İskəndərov qeyd edib ki, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri, sənaye və mədəni layihələr xalqlar arasında əlaqələrin güclənməsinə xidmət edir. Bu zəncirin ən mühüm həlqəsi isə Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis olunmasıdır. Bu gün - oktyabrın 1-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan Prezident Sercio Mattarellanın iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. Bu universitet yalnız müasir biliklərin ötürülməsi üçün platforma deyil, həm də gələcəkdə iki ölkənin “xalq diplomatiyasını” həyata keçirəcək mütəxəssislərin yetişdirilməsi baxımından strateji investisiyadır.

“Azərbaycan-İtaliya münasibətləri bu gün, sadəcə, enerji və iqtisadi maraqların təminatı ilə məhdudlaşmır. Bu əməkdaşlıq həm Avropanın enerji təhlükəsizliyinə, həm də Cənubi Qafqazda sabitliyə töhfə verən mühüm balanslaşdırıcı mexanizmə çevrilib. İki ölkə arasındakı tərəfdaşlıq model xarakteri daşıyır. Strateji sənədlərdən real layihələrə, enerjidən təhsilə, siyasətdən mədəniyyətə qədər geniş spektri əhatə edən əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də əlavə güc verir. Azərbaycan-İtaliya tərəfdaşlığı bu gün həm region, həm də qlobal miqyasda dayanıqlı əməkdaşlığın nümunəsi kimi çıxış edir və gələcəkdə daha iri inteqrasiya layihələrinə yol açacağı şübhəsizdir”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri