Azərbaycan ötən il Çexiyanın ən böyük neft tədarükçüsü olub
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan 2025-ci ilin yekunlarına görə Çexiyanın ən böyük neft tədarükçüsü olub.
Moderator.az "České Noviny" resursuna istinadən xəbər verir ki, Azərbaycan Çexiyanın neft idxalının 42%-dən çoxunu təmin edib.
Bildirilir ki, Rusiya isə bu bazarda çoxillik liderliyini itirib. Rusiyanın payı bir il əvvəlki 42% və əvvəlki illərdəki 50%-dən çox göstəricidən 7,7%-ə düşüb. Ümumilikdə, Çexiya 2025-ci ildə 6,85 milyon tondan çox neft idxal edib ki, bu da illik müqayisədə 5,5% çoxdur. Rusiyanın payının azalması mart ayında "Drujba" neft kəməri ilə tədarüklərin dayandırılması ilə bağlıdır və bu tədarüklər hələ də bərpa olunmayıb.
Tədarük həcminə görə ikinci yerdə Norveç (təxminən 20%), üçüncü yerdə isə Qazaxıstan (18%) qərarlaşıb.
Neftin əsas həcmi Çexiyaya TAL sistemi ilə əlaqəli olan IKL boru kəməri vasitəsilə daxil olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Aprel 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















