Icma.az
close
up
RU
Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə JEMin bəyanatı

Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə JEMin bəyanatı

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iki gün ərzində dünyaya sözün bütün mənalarında yaşıl münasibət göstərdi. 196 ölkədən 72 min qonaq, 80 ölkənin rəhbər şəxsləri, 3 mindən çox media nümayəndəsi, müxtəlif sahələr üzrə tanınmış fərdlər, o cümlədən ölkənin bütün rəhbər şəxsləri bir araya gələrək tarixi məhz yaşıl hərflərlə yazdılar. Bu möhtəşəm hadisəni Azərbaycan mediasının yüksək səviyyədə işıqlandırılması və xarici medianın fəaliyyəti üçün yaradılan şərait kainatın hər yerindən görünən heyratamiz mənzərəyə çevrildi və bu mənzərə hər ötən saat daha da parıltılı ahəng alaraq dostların gözlərini yaşıllığa, riyakarların gözlərini qaranlığa qərq edir. 

Bu fikirlər Jurnalist Ekspert Mərkəzinin (JEM) COP-29 konfransı ilə bağlı yaydığı bəyanatda əksini tapıb. Bəyanatda xüsusi olaraq vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində söylədiyi hikmətli fikirlər rəhbəri olduğu ölkənin nəinki dünyanın önəmli hissəsi olduğunun, yüksək mərtəbəyə ucalaraq əzəmətli dünyaya çevrildiyinin təsdiqidir. Azərbaycandan umurlar. Cəmi bir misal: Fransanın müstəmləkə altında saxladığı ölkələr "biz azad olmaq istəyirik" şüarı ilə məhz Bakıda etiraz aksiyası keçirdilər.   

Bəyantda qeyd olunur: "Azərbaycan Prezidentinin "bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir" fikri növbəti yüz illiyin yol xəritəsini müəyyənləşdirmiş oldu. Azərbaycan qaranı yaşıla dəyişib. Bu keçid qlobal iqlim dəyişikliyinə məruz qalan kainatın xilasına doğru aparan əbədi yola çevriləcək. Azərbaycanın xilaskar rolunda çıxış etməyə haqqı var. Əvvəl ölkəsinin işğal faktorunu qaranlığa gömdü, sonra Cənubi Qafqaza sülh gündəliyi təqdim etdi, indi növbə bütün dünyanındır. Təbii ki, qara qüvvələr yaşıl qüvvələrə qarşı çıxacaq. Bunu əsas gətirən Prezident çıxışında bildirib: "Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir". Buyurun, nə qədər sərt olsa da böyük şairimiz Səməd Vurğunun "ağılsız köpəklər ulduza hürər" misrasını söyləməyin yeridir".

COP29-un mahiyyətini anlamayanların, qərəzə bürünərək "gözdənsalma" kampaniyası təşkil etməyə cəhd göstərənlərin gözdən necə düşdüklərinə diqqət çəkən bəyantda bu cür davranış sərgiləyənlərə Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ibratamiz fikirlərinin ən layiqli cavab olduğu vurğulanır:

"Birinci vitse-prezident deyib: "Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar. Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik".

Xeyr, Mehriban xanım o cavabı səsləndirməyib, eləcə çıxışının sonunda deyib: "Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir”.

Buyurun, cənab yalan obrazlı Qərb, həm cənab Prezidentin, həm də hörmətli Birinci vitse-prezidentin sözlərini muncuq kimi yaşıl rəngli sapa düzüb ən bahalı hədiyyəniz kimi gözləriniz qarşısından asın. Bu da olsun SİZƏ COP-29-dan yadigar".

Bəyanatda o da vurğulanır ki, Azərbaycan mediası ilə qərbyönümlü medianın peşəkarlıq fərqi də COP29 konfransında aydın göründü. Bizimliklər jurnalistikaya, onlarınkılar populizmə xidmət göstərirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media azadlığının necə qorunduğunu tədbirlərin mahiyyətindən uzaq sual verən iki jurnalistə olduqca səlis cavabı ilə detal-detal göstərdi. Fəaliyyəti ölkəmizdə qadağan olunmuş bir internet resursunun, qeyri-qanuni pul dövriyyəsi ilə əlaqəli istintaq materiallarında adı çəkilən jurnalistin COP29 kimi mötəbər və möhtəşəm konfransada sərbəst iştirakı media azadlığının səviyyəsini andırmış və qandırmış oldu. Həmin jurnalistlərin tədbirlərin mahiyyətindən kənar suallarına ətraflı və təmkinlə cavab verən Prezident köməkçisi hətta dünən İsrailin “Kanal 13” televiziyasının jurnalistinə "Siz arxanızdakı kameranın başınıza dəyməsindən özünüzü qoruya biləcəyinizdən əminsinizmi?” cavabını verən Baydeni utandırmış oldu".

JEM təşkilatın bütün üzvləri adından COP29 tədbirlərində fərq qoymadan həm yerli, həm də xarici media orqanlarının fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan dövlətinə, təşkilatçılara, konfransın gedişatını böyük peşəkarlıqla yayımladıqlarına jurnalistlərə minnətdarlığını bildirib.

Jurnalist Ekspert Mərkəzinin Mətbuat Xidməti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 14 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri