Icma.az
close
up
RU
Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə JEMin bəyanatı Yeni Çağ Media

Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə JEMin bəyanatı Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iki gün ərzində dünyaya sözün bütün mənalarında yaşıl münasibət göstərdi. 196 ölkədən 72 min qonaq, 80 ölkənin rəhbər şəxsləri, 3 mindən çox media nümayəndəsi, müxtəlif sahələr üzrə tanınmış fərdlər, o cümlədən ölkənin bütün rəhbər şəxsləri bir araya gələrək tarixi məhz yaşıl hərflərlə yazdılar. Bu möhtəşəm hadisəni Azərbaycan mediasının yüksək səviyyədə işıqlandırılması və xarici medianın fəaliyyəti üçün yaradılan şərait kainatın hər yerindən görünən heyratamiz mənzərəyə çevrildi və bu mənzərə hər ötən saat daha da parıltılı ahəng alaraq dostların gözlərini yaşıllığa, riyakarların gözlərini qaranlığa qərq edir. 

Bu fikirlər Jurnalist Ekspert Mərkəzinin (JEM) COP-29 konfransı ilə bağlı yaydığı bəyanatda əksini tapıb. Bəyanatda xüsusi olaraq vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində söylədiyi hikmətli fikirlər rəhbəri olduğu ölkənin nəinki dünyanın önəmli hissəsi olduğunun, yüksək mərtəbəyə ucalaraq əzəmətli dünyaya çevrildiyinin təsdiqidir. Azərbaycandan umurlar. Cəmi bir misal: Fransanın müstəmləkə altında saxladığı ölkələr “biz azad olmaq istəyirik” şüarı ilə məhz Bakıda etiraz aksiyası keçirdilər.   

Bəyantda qeyd olunur: “Azərbaycan Prezidentinin “bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir” fikri növbəti yüz illiyin yol xəritəsini müəyyənləşdirmiş oldu. Azərbaycan qaranı yaşıla dəyişib. Bu keçid qlobal iqlim dəyişikliyinə məruz qalan kainatın xilasına doğru aparan əbədi yola çevriləcək. Azərbaycanın xilaskar rolunda çıxış etməyə haqqı var. Əvvəl ölkəsinin işğal faktorunu qaranlığa gömdü, sonra Cənubi Qafqaza sülh gündəliyi təqdim etdi, indi növbə bütün dünyanındır. Təbii ki, qara qüvvələr yaşıl qüvvələrə qarşı çıxacaq. Bunu əsas gətirən Prezident çıxışında bildirib: “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”. Buyurun, nə qədər sərt olsa da böyük şairimiz Səməd Vurğunun “ağılsız köpəklər ulduza hürər” misrasını söyləməyin yeridir”.

COP29-un mahiyyətini anlamayanların, qərəzə bürünərək “gözdənsalma” kampaniyası təşkil etməyə cəhd göstərənlərin gözdən necə düşdüklərinə diqqət çəkən bəyantda bu cür davranış sərgiləyənlərə Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ibratamiz fikirlərinin ən layiqli cavab olduğu vurğulanır:

“Birinci vitse-prezident deyib:”Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar. Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik”.

Xeyr, Mehriban xanım o cavabı səsləndirməyib, eləcə çıxışının sonunda deyib: “Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir”.

Buyurun, cənab yalan obrazlı Qərb, həm cənab Prezidentin, həm də hörmətli Birinci vitse-prezidentin sözlərini muncuq kimi yaşıl rəngli sapa düzüb ən bahalı hədiyyəniz kimi gözləriniz qarşısından asın. Bu da olsun SİZƏ COP-29-dan yadigar”.

Bəyanatda o da vurğulanır ki, Azərbaycan mediası ilə qərbyönümlü medianın peşəkarlıq fərqi də COP29 konfransında aydın göründü. Bizimliklər jurnalistikaya, onlarınkılar populizmə xidmət göstərirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media azadlığının necə qorunduğunu tədbirlərin mahiyyətindən uzaq sual verən iki jurnalistə olduqca səlis cavabı ilə detal-detal göstərdi. Fəaliyyəti ölkəmizdə qadağan olunmuş bir internet resursunun, qeyri-qanuni pul dövriyyəsi ilə əlaqəli istintaq materiallarında adı çəkilən jurnalistin COP29 kimi mötəbər və möhtəşəm konfransada sərbəst iştirakı media azadlığının səviyyəsini andırmış və qandırmış oldu. Həmin jurnalistlərin tədbirlərin mahiyyətindən kənar suallarına ətraflı və təmkinlə cavab verən Prezident köməkçisi hətta dünən İsrailin “Kanal 13” televiziyasının jurnalistinə “Siz arxanızdakı kameranın başınıza dəyməsindən özünüzü qoruya biləcəyinizdən əminsinizmi?” cavabını verən Baydeni utandırmış oldu”.

JEM təşkilatın bütün üzvləri adından COP29 tədbirlərində fərq qoymadan həm yerli, həm də xarici media orqanlarının fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan dövlətinə, təşkilatçılara, konfransın gedişatını böyük peşəkarlıqla yayımladıqlarına jurnalistlərə minnətdarlığını bildirib.

 

Jurnalist Ekspert Mərkəzinin Mətbuat Xidməti

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri