Icma.az
close
up
RU
Azərbaycan Kamboca: həmrəyliyin beynəlxalq əhəmiyyəti

Azərbaycan Kamboca: həmrəyliyin beynəlxalq əhəmiyyəti

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlətlər arasında münasibətlərin möhkəmliyi yalnız qarşılıqlı maraqların üst-üstə düşməsi ilə deyil, həm də ümumi problemlərə yanaşma və beynəlxalq prinsiplərə münasibətlə ölçülür. Azərbaycan ilə Kamboca arasında aparılan siyasi dialoq bu baxımdan diqqətəlayiqdir. Prezident İlham Əliyevin oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetlə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər iki ölkənin əməkdaşlığında həmrəyliyin, beynəlxalq hüquqa hörmətin və təhlükəsizlik məsələlərinin xüsusi yer tutduğunu göstərir.

Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı əlaqələr qurur, bir-birini dəstəkləyir. Bu platformalar müxtəlif regionları təmsil edən dövlətlərin mövqelərini uzlaşdırması, ümumi məsələlər ətrafında dialoq aparması və beynəlxalq gündəliyə töhfə verməsi üçün əhəmiyyətlidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi fəallıq da ölkəmizin çoxtərəfli əməkdaşlığa verdiyi önəmi təsdiqləyir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqelərini qarşılıqlı anlaşma əsasında yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasətində suveren bərabərlik, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Kamboca ilə əməkdaşlığın genişləndirilməsi də bu yanaşmanın konkret istiqamətlərindən biridir. Tərəflərin beynəlxalq təşkilatlarda təmasları intensivləşdirmək barədə razılığa gəlməsi siyasi dialoqun daha ardıcıl xarakter almasına imkan yaradır.

Əlaqələrin mühüm istiqamətlərindən biri parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkədə dostluq qruplarının fəaliyyət göstərməsi qanunverici orqanlar arasında ünsiyyətin institusional əsasını formalaşdırır. Kambocanın dəstəyi ilə Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi isə münasibətlərin coğrafi dairəsinin genişlənməsi baxımından əhəmiyyətlidir. Bu addım Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinə verdiyi önəmi nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq platformalarda daha fəal iştirakına imkan açır.

Azərbaycan-Kamboca əməkdaşlığının diqqət çəkən digər istiqaməti mina təhlükəsi ilə mübarizədir. Hər iki ölkənin bu problemlə üzləşməsi təcrübə mübadiləsini zəruri edir. Prezident İlham Əliyevin bəyanatında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması barədə məlumat verməsi təhlükənin miqyasını aydın göstərir. Bu rəqəmlər münaqişənin nəticələrinin hərbi əməliyyatlar başa çatdıqdan sonra da insanların həyatına təsir etdiyini təsdiqləyir. Mina təhlükəsinin aradan qaldırılması yalnız ərazilərin təmizlənməsi məsələsi deyil. Bu, insanların təhlükəsiz yaşayışına, təsərrüfat fəaliyyətinin bərpasına, məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və ümumilikdə münaqişədən sonrakı inkişafın təmin edilməsinə birbaşa təsir göstərir. Təcrübə və biliklərin bölüşdürülməsi, mütəxəssislərin hazırlanması, praktiki bacarıqların artırılması bu sahədə əməkdaşlığın faydalı nəticələr verə biləcəyi istiqamətlərdir.

Sülh və təhlükəsizlik məsələsinə gəldikdə isə Azərbaycanın mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, davamlı sülh dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət şəraitində mümkündür. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı sülhün real nəticələrinin insanların həyatında təcəssüm etməsinə xidmət edir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Azərbaycanın təcrübəsi göstərir ki, təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və münaqişələrin nəticələrinin aradan qaldırılması bir-biri ilə sıx bağlıdır. Kamboca ilə bu məsələlər ətrafında dialoqun inkişafı qarşılıqlı anlaşmanı gücləndirməklə yanaşı, ortaq problemlərin həllinə praktik töhfələr vermək imkanlarını da artırır.

Hun Manetin səfəri zamanı aparılan müzakirələr Azərbaycan-Kamboca münasibətlərinin yalnız ikitərəfli maraqlarla məhdudlaşmadığını, daha geniş beynəlxalq gündəliyi də əhatə etdiyini göstərdi. Siyasi həmrəyliyin parlamentlərarası təmaslar, humanitar təhlükəsizlik və beynəlxalq hüquqa sadiqliklə tamamlanması tərəfdaşlığın məzmununu zənginləşdirir. Belə əməkdaşlıq dövlətlər arasında etimadın möhkəmlənməsinə və daha təhlükəsiz beynəlxalq mühitin formalaşmasına xidmət edə bilər.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri