Icma.az
close
up
RU
Azərbaycan kəndlərinə hücum, türk ordusu “girir”… Plan

Azərbaycan kəndlərinə hücum, türk ordusu “girir”… Plan

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1965-ci ildə gizli erməni terror ordusu ASALA formalaşmışdır. Hətta təşkilatın komandanlığı “Mets yeğerni”nin 50 illiyi və “xalq qəhrəmanı” Andronikin anadan olmasının 100 illiyini eyni günə (24 aprel 1965-ci il) salaraq, türk qırğınları törətmək planını cızmışdılar.

Plana görə, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etməli, dinc əhalini kütləvi surətdə qırmalı idi. Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etmək, qırğınlar törətmək planlaşdırılırdı. Həmin vaxt radio və televiziya ilə bütün dünyaya elan etməli idilər ki, guya gizli silahlanmış azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər və bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişdir.

Planda ASALA ümid edirdi ki, Sovet ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyənin müəyyən torpaqlarını - Qars, Ərdəhan, İğdır və s. vilayətlərini - tutmaq mümkün olacaq.

Bu məqamda plandan duyuq düşən insanlar Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular. Dövlət təcili tədbir görmək məcburiyyətində qaldı. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçilər yerləşdirildi, orduya sayıq olmaq tapşırığı verildi.

Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin İrəvandakı Lenin meydanında mitinq keçirildi. Hərbi hissədən mitinqçilərə dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla, nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur). Sonrakı günlər isə - 1965-ci ilin 23-24-25-ci apreli - keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatdı.

İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxaraq “soyqırım” qurbanlarının xatirəsinə ucaldılmış memorialın tikinti yerinə doğru axışırdı.

Nümayişçilərin önündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdı. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və

“Böyük Ermənistan”

“Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!”

“İntiqam!”

sözləri yazılmış şüarlar aparılırdı.

Bu hadisədən sonra Ermənistan SSR-in azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü. Toplanan pullar Eçmiəzdin kilsəsinin adı ilə xarici banklara daxil edilirdi.

1965-ci ildə yalançı “erməni soyqırımı”nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, “Böyük Ermənistan” uğrunda 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. Onlar etiraf edirdilər ki, pul toplamaqda məqsəd Türkiyədən və İrandan (Cənubi Azərbaycan nəzərdə tutulurdu) “erməni torpaqları”nı almaqdır.

Məhz bu pulla daşnaqlar terrorçu erməni ordusu ASALA-nı yaratdılar.

Bu pullar isə türk diplomatlarının qətli, dünyanın neçə ölkəsində terror aksiyaları, yüzlərlə günahsız insanın ölümü, erməni kilsəsinin terrorun başına keçməsinə şərait yaratdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Aprel 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri