Azərbaycan kikboksçularından böyük uğur
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət milli komandası İtaliyanın Yezolo şəhərində keçirilən Dünya Çempionatında tarixi uğura imza atıb.
Futbolpress.az xəbər verir ki, idmançılarımız mundalda ümumilikdə 16 medal (10 qızıl, 4 gümüş, 2 bürünc) qazanaraq böyük üstünlük nümayiş etdiriblər.
Gənclərin mübarizəsində Əli Mayılzadə (57 kq, Low Kick), Adil Əsədov (54 kq, K1) və Gülgəz İbrahimli (48 kq, Low Kick) fəxri kürsünün ən yüksek pilləsinə qalxaraq qızıl medala sahib olublar. Əli Nəcəfov (+91 kq, Low Kick) isə gümüş medalı aktivinə yazdırıb.
Yeniyetmələr arasında isə Hüseyn Mahmudzadə (42 kq, Low Kick), Seymur Quliyev (45 kq, Low Kick), Hüseyn Əmirli (45 kq, K1), Nizami Əliyev (48 kq, Full Contact), Ayxan Allahyarlı (54 kq, K1), Cəmil Məmmədov (42 kq, K1) və Eldar Rzayev (75 kq, Low Kick) rəqiblərinə aman verməyərək dünya çempionu adını qazanıblar.
Kamil Aşirov (42 kq, K1) və Həsən Allahyarov (67 kq, Low Kick) gümüş, Tamerlan Məmmədli (81 kq, K1) və Həzrət Hadiyev (71 kq, Low Kick) bürünc medallara yiyələniblər. Tatami üzərində yarışan Atabəy Şirinov (37 kq, Kick Light) isə gümüş mükafatla yarışı başa vurub.
Baş məşqçi Hakim Hacıyevin rəhbərliyi altında çıxış edən yığmamıza məşqçilər Elşən İsayev, Əsgər Rəhimov, Əli Cəfərov, Ayaz Mehdiyev, Rüstəm Rüstəmov, Qəzənfər Yazımov və Orxan Əkbərli dəstək olublar. Səfər müddətində Federasiyanın vitse-prezidenti Eduard Məmmədov da komandanın yanında yer alaraq idmançılara dəstək nümayiş etdirib.
Yarış çərçivəsində hakimlərimiz də diqqət mərkəzində olublar. Anar Məmmədov Dünya Çempionatının ən yaxşı rinq hakimi seçilib, Fatimə Şükürlü isə B kateqoriyalı hakimlik dərəcəsinə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 26 Sentyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















