Azərbaycan yığmasından böyük uğur
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup”da böyük uğura imza atıb.
Futbolpress.az xəbər verir ki, Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma yer aldığı dördüncü qrupdan üçüncü qrupa yüksəlib.
150-dən artıq ölkənin mübarizə apardığı yarışda Andorra və San Marinonu üstələyərək pley-offa yüksələn komandamız Lixtenşteyn təmsilçilərinə də qalib gəliblər.
Tamerlan Əzizov Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. O, İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, əzmkarlıq göstərib və yekunda 6:3, 6:2 hesabları ilə qələbə qazanıb.
Baxış sayı:119
Bu xəbər 14 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















