Icma.az
close
up
RU
Azərbaycan kinoteatrlarında ən çox izlənilən filmlər SİYAHI

Azərbaycan kinoteatrlarında ən çox izlənilən filmlər SİYAHI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda kinoteatr zallarında tamaşaçı marağı daim dəyişən və trendlərlə paralel inkişaf edən sahələrdən biridir. 
Modern.az Azərbaycanın iki böyük kinoteatr şəbəkəsi olan Park Cinema və CineMastercard arasında 2025-ci ilin ilk altı ayında ən çox izlənən filmlərlə bağlı sorğu keçirib. 
Hər iki kinoteatr şəbəkəsinin açıqlamalarında tamaşaçıların maraq göstərdiyi filmlər sırasında yerli istehsal filmlərlə yanaşı, dünya kinosunun nümunələrinin də üstünlük təşkil etdiyi müşahidə olunur. Bu da Azərbaycanın kino bazarında tamaşaçı marağının geniş spektrdə formalaşdığını göstərir.
Park Cinema-dan verilən məlumata görə, yanvar-iyun aylarında kinoteatrda ən çox baxılan beş film arasında Azərbaycan istehsalı olan “Tağıyev: Çar” “Hozu 007” filmləri xüsusi yer tutub. Bu filmlərlə yanaşı, məşhur oyun adaptasiyası olan “Minecraft”, yenidən ekranlaşdırılan “Lilo və Stiç” animasiyası və sürət həvəskarlarının diqqətini çəkən “F1” filmi də izlənmə reytinqlərində öndə qərarlaşıb.
Park Cinema rəhbərliyi qeyd edib ki, tamaşaçılar daha çox həftəsonları və cümə axşamları, yəni premyera günlərində kinoteatrlara üz tutur.
CineMastercard kinoteatrlar şəbəkəsinin açıqlamasında da oxşar tendensiyalar müşahidə olunub. Son ayların ən çox izlənilən filmləri sırasında Türkiyə istehsalı “Sihirli Annem: Hepimiz Biriz”, animasiya janrında çəkilmiş “Lilo və Stiç”, eləcə də gənc izləyicilər arasında populyar olan “Minecraft kinoda” yer alıb.
Azərbaycan istehsalı olan və tarixi məzmunu ilə seçilən “Tağıyev: Çar” burada da tamaşaçıların marağına səbəb olub. Həmçinin emosional xətti ilə seçilən “Aşk Sadece bir An” dramı bu janrı sevənlər tərəfindən rəğbətlə qarşılanıb. Bir neçə həftə əvvəl nümayişi başlayan “Formula 1” filmi isə ilk gündən tamaşaçı axınına səbəb olan ekran işlərindən biri olub.
CineMastercard rəhbərliyi də bildirib ki, həftə sonları və premyera günləri olan cümə axşamları kinoteatrların ən fəal günləri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri