Icma.az
close
up
RU
Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu baş tutub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu baş tutub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 5-də Bakı Konqres Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan "Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub.

Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə 5-16 dekabr tarixlərində keçiriləcək "Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində baş tutub.

Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin "Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.

Forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və  digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Forumda çıxış edən rəsmilər təmsil etdikləri qurumların könüllülük fəaliyyətinin təşviqində və inkişafında oynadığı mühüm rolu və COP29 Beynəlxalq İqlim Konfransında Azərbaycan könüllülərinin fəallığını diqqətə çatdırıblar. Həmçinin, könüllülük fəaliyyətinin yalnız cəmiyyətin müxtəlif sahələrində deyil, həm də dövlətin gənclər siyasətinin ayrılmaz hissəsi olduğunu, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyini vurğulayıblar.

Sözügedən tədbirdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması və könüllülər arasında ekoloji biliklərin artırılması istiqamətində həyata keçirilən layihələrə həsr olunmuş "Yaşıl Azərbaycan”, "Azərbaycan Könüllüləri”, "Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2024-cü il” hesabatının video-çarxları izlənilib.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına İttifaqın 2024-cü il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. O, könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətindəki mühüm addımları və əldə edilən nailiyyətləri qeyd edərək, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması istiqamətində yeni layihələrin və təşəbbüslərin irəli sürüləcəyini vurğulayıb. Həmçinin, Vüqar Əliyev çıxışında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən ekoloji təşəbbüslər və Beynəlxalq İqlim Konfransı COP29-un keçirilməsində könüllülərin fəal iştirakını nəzərə çatdırıb.

Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli bir addım olaraq gənclər 2024-cü il üzrə "İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunub.

Tədbirin sonunda Forum iştirakçılarının xatirə fotosu çəkilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Dekabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see225

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see217

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see144

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri